Şəhidimizin kimliyi 31 il sonra müəyyənləşdi - Fotolar
Şəxsiyyəti 31 ildən sonra müəyyən olunan şəhid Hafiz Qədim oğlu Məmmədovun Gəncə şəhərindəki məzarı abadlaşdırılıb.
“Gununxeberi.az ” xəbər verir ki, mərasimdə şəhidin doğmaları ilə yanaşı, Gəncə şəhəri və Kəlbəcər rayonunun rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, H.Məmmədov 1971-ci il aprelin 19-da Kəlbəcər şəhərində anadan olub. O, 1993-cü il martın 30-da könüllü olaraq Birinci Qarabağ müharibəsinə gedib. Leytenant Hafiz Məmmədov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib.
1993-cü il aprel ayının 3-də Murovdağ yüksəkliyi, “Güzgü” adlanan post uğrunda gedən döyüşlərdə itkin düşüb. Naməlum şəhid kimi Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.