Qayıdış və ölkəni sabitliyə aparan ilk addımlar
Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin,
şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin,
dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli lider
Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir
şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının
mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs
amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən
millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev
Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri
istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O,
Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmiş, milli-mənəvi
dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını
işləyib hazırlamış, milli ruhun və ideologiyanın yüksəlişinə təkan
vermişdir.
Respublikamızın vətəndaşları hər il 15 iyun - Milli Qurtuluş
Gününü təntənə ilə qeyd edirlər. Bu gün bütün ictimaiyyət haqlı
olaraq dərin iftixar və qürur hissi keçirir. Çünki Heydər Əliyevin
gərgin əməyi sayəsində Azərbaycan iqtisadiyyatı və sosial sahələr
surətlə inkişaf etmiş, ictimai-siyasi sabitlik bərqərar olmuşdur. Bu,
Heydər Əliyevin böyük idarəetmə bacarığının, qətiyyətinin səmərəli
bəhrəsidir.
Nicat Quliyev,
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi