Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib

Image


 

İyunun 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə 6 məsələ daxil edilib.

İclasda əvvəlcə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə (birinci oxunuş) baxılıb. Qanun layihəsi barədə danışan Milli Məclis sədrinin birinci müavini, təklif olunan düzəlişlərin əhəmiyyətini qeyd edərək, bildirib ki, düzəlişlər sərnişinlərin mikromobilliyinin təmin edilməsi, ictimai nəqliyyatdan və mikromobillik vasitələrindən istifadənin təşviq edilməsi, həmçinin parklanma yerlərinin düzgün təşkilinin tənzimlənməsini nəzərdə tutur. 

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Tahir Kərimli, Fəzail Ağamalı, Azay Quliyev, Elşən Musayev, Vüqar İskəndərov təqdim olunan qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər. 

Videokonfransa qatılan Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb. Son dövrlər nəqliyyat vasitələrinin hərəkətinin, parklanmasının tənzimlənməsi, elektron tərəzi sisteminin tətbiqi sahəsində görülmüş işlərdən və yeniliklərdən danışan nazir müavini bildirib ki, təklif olunan düzəlişlər mikromobillik sahəsində də tənzimləmənin təmin olunması, düzgün parklanma və bir sıra digər məsələləri nəzərdə tutur. 

Gündəlikdə duran növbəti məsələ - “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə danışan komitə sədri Əli Hüseynli bildirib ki, təklif olunan düzəlişlər qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılmış bir neçə komissiyalar tərəfindən məhv edilməsi üçün hüquqi əsas yaradır. 

Gündəliyin üçüncü məsələsi olan Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə danışan komitə sədri deyib ki, təklif olunan dəyişikliklər redaktə və uyğunlaşdırma xarakterli dəyişikliklərdir. 

Sonra iclasda birinci oxunuşda komitənin müzakirəsinə təqdim olunan gündəliyin dördüncü məsələsi - Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, beşinci məsələsi - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə və altıncı məsələsi - Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihələri müzakirə olunub. 

Müzakirələrdə komitənin sədr müavini Qüdrət Həsənquliyev və komitə üzvü Əminə Ağazadə çıxış edərək, fikirlərini bildiriblər.

İclasda müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Tədbirdə komitənin üzvləri Nizami Səfərov, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Sabir Hacıyev, Erkin Qədirli, Cəbi Quliyev, Nurlan Həsənov və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev iştirak ediblər.      

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi 







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031