Səmyar Abdullayev: Azərbaycanda əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur

Image

Səmyar Abdullayev: “Azərbaycanda əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”

***


“İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Xalqımız illərlə arzusunda olduğu və 1991-ci ildə bərpa etdiyi müstəqilliyini ötən əsrin 90-cı illərinin əvvəllərində itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Respublikanı hakimiyyət böhranı, xaos, özbaşınalıq, anarxiya bürümüşdü. Müqəddəs və əzəli torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Daim xalqının ən ağır günündə onun imdadına yetişən əbədiyaşar lider, Türk dünyasının böyük oğlu Heydər Əliyev Bakıda 1990-cı ilin qanlı 20 Yanvar hadisələri baş verdiyi ilk dəfə olaraq bu zülmə qarşı etiraz səsini ucaltdı. Doğma Vətəninə qayıdan Ümummilli Lider həmin dövrdə ağır iqtisadi-sosial problemlərlə üzləşən muxtar respublikada qısa müddətdə iqtisadi sabitlik yarada bildi. Bütün Azərbaycan vətəndaşları əmin idi ki, xalqımızı düşdüyü mürəkkəb vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilər. Ümummilli Lider yaranmış çətin anda dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi ictimai-siyasi böhrandan və vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Həmin gün sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu və böyük qurtuluşa doğru mühüm addım atıldı. Bununla da Azərbaycanın müasir tarixində ən uğurlu mərhələ başladı. Azərbaycanın yeni tarixində dönüş başladı və bu tarix sözün həqiqi mənasında xalqımızın qurtuluşunun başlanğıcı oldu. Bu qayıdışla milli dövlətçiliyimiz məhv olmaqdan qurtuldu. Heydər Əliyev ilk öncə vətəndaş müharibəsinin qarşısını alaraq qısa müddət ərzində ölkəni yaranmış ictimai-siyasi böhrandan çıxardı, qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesini sürətləndirdi və dövlətimizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə xidmət edən müstəsna addımlar atdı...” – Bu sözləri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində saytımıza verdiyi müsahibədə demişdir.

Həmsöhbətimiz bildirdi ki, ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur:

“ İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilmiş, onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlər görülmüşdür. Mayın 5-də bütün dünyada Avropa Əlilliyi Olan İnsanların Hüquqlarının Müdafiəsi Günü qeyd edilir. Bu əlamətdar günün tarixi 1992-ci il mayın 5-dən başlayır. Həmin gün 17 ölkənin əlilləri hüquqlarının bərpa olunması üçün kütləvi surətdə çıxış ediblər. O vaxtdan bu tarixi gün hər il mayın 5-də dünyada, o cümlədən Azərbaycanda qeyd olunur. “Əlillərin Hüquqları haqqında Konvensiya” BMT tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilib. Sənəd dünyanın 50 dövləti tərəfindən ratifikasiya olunduqdan sonra 2008-ci il mayın 3-də qüvvəyə minib. Azərbaycan bu Konvensiyaya 2008-ci il oktyabrın 2-də qoşulub. İndi yalnız 45 ölkədə əlillərin hüquq və bərabərliyi həmin ölkələrin qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası da bu ölkələr sırasındadır”.

S.Abdullayev deyib ki, ölkəmizdə yaşayan 40 minədək gözdən əlil tam dövlət qayğısı ilə əhatə olunub. O, Azərbaycanda son vaxtlar aparılan islahatların və dövlətimizin başçısının əlillərə göstərdiyi diqqətin onların indiki və gələcək sosial rifahının yüksəlməsinə səbəb olduğunu xüsusi qeyd edib:

“Azərbaycan dövlətçiliyinin təşəkkülündə, ölkə vətəndaşlarının, o cümlədən fiziki imkanları məhdud insanların hüquqlarının müdafiə olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu var. Ulu Öndərin sosial siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlərimiz əlillərin sosial problemləri və bu problemlərin həlli yolları, o cümlədən aidiyyəti orqanlarla Gözdən Əlillər Cəmiyyətinin əlaqələrinin genişləndirilməsi məsələlərini həll edib.  Gözdən əlillərin sosial problemlərinin həllində Heydər Əliyev Fondunun da böyük xidmətləri vardır. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın gözdən əlillərə göstərdiyi xüsusi diqqət əlil vətəndaşlar tərəfindən rəğbətlə qarşılanmaqdadır”.

S.Abdullayev söhbətin sonunda bir daha əsas mövzuya qayıdaraq vurğuladı ki, bu gün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir:

“Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altındakı torpaqlarımızı azad edərək, xalqımızın 30 illik doğma yurd-yuva həsrətinə son qoydu. Bu gün həmin ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir, yeni infrastruktur yaradılır. Ölkədə bütün sahələrdə davamlı inkişaf təmin olunub. Xüsusi vurğulamaq lazımdır ki, bütün bu nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə davam etdirilməsi faktı dayanır. Dahi öndər Heydər Əliyevin adı və əməlləri Azərbaycanın özü qədər əbədidir. Dövlətçiliyimizin bərqərar edilməsində və nailiyyətlərimizdə müstəsna xidmətlərin ilkin səhifəsi olan 15 iyun - Milli Qurtuluş Günü də Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib və şərəfli gün kimi xalqımız tərəfindən daim ən yüksək səviyyədə qeyd olunur.

Şükür Həsənov

 Gununxeberi.az 








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031