Milli Məclisin sədri Sahibə Qafarova Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb

Image

Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Prezident Aleksandr Lukaşenko Azərbaycan parlamentinin sədrini səmimiyyətlə

salamlayaraq, bu səfərin parlamentlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə

inamını ifadə edib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və

əməkdaşlığa əsaslanan strateji münasibətlər uğurlu inkişaf yolu keçib.

Aleksandr Lukaşenko Belarusda, xüsusən də ölkəsinin faşist işğalçılarından azad

edilməsinin 80 illiyinin qeyd olunduğu bu günlərdə azərbaycanlıların Qələbəyə və Belarus

torpaqlarının azad edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini və onların

şücaətlərini xatırladıqlarını qeyd edib.

Söhbət zamanı Prezident Aleksandr Lukaşenko Azərbaycana ötən ay baş tutmuş

səfərini böyük məmnuniyyətlə xatırlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri

və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətləri yüksək

qiymətləndirib. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çox uzaqgörən,

qüdrətli bir şəxsiyyət olduğunu, Prezident İlham Əliyevin Ulu öndərin layiqli davamçısı

olduğunu söyləyib. "O, o qədər iş görüb ki, çətin ki, İlham Əliyevdən sonra hansısa

prezident bunu təkrar etsin", - deyə Belarusun dövlət başçısı qeyd edib.

Belarus Prezidenti Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birlikdə

işğaldan azad olunmuş ərazilərimizə də baş çəkdiyini xatırladaraq, Şuşanın iqlimini və təbii

gözəlliyini xüsusi qeyd edib. "Əminəm ki, siz bu ərazilərdə həyatı bərpa etməklə daha bir

uğura imza atacaqsınız və biz bu işdə məmnuniyyətlə iştirak edəcəyik", - deyə Belarus

lideri vurğulayıb.

Aleksandr Lukaşenko həmçinin, iki ölkənin parlamentləri arasında əlaqələrin

səviyyəsindən də razılıq ifadə edərək, deyib ki, parlamentlərarası münasibətlər

dövlətlərimiz arasında münasibətlərin mövcud səviyyəsindən geri qalmır.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyədə qonaqpərvərliyə və

ölkəmiz haqqında xoş sözlərinə görə, Belarus Prezidentinə minnətdarlığını bildirərək,

Prezident İlham Əliyevin salamlarını Belarus Prezidentinə çatdırıb.


Prezident Aleksandr Lukaşenko onun da salamlarını Azərbaycan Prezidentinə

çatdırmağı xahiş edib.

Spiker Sahibə Qafarova qeyd edib ki, xalqlarımızı ənənəvi dostluq əlaqələri, ümumi

dəyərlər birləşdirir və ölkələrimiz arasında münasibətlər dövlət müstəqilliyini bərpa

etdikdən sonra bütün sahələrdə uğurla inkişaf edir. O, bu əlaqələrin inkişafında iki ölkənin

dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli əlaqələrin rolunu xüsusi

vurğulayıb. Sahibə Qafarova, Prezident İlham Əliyevin Belarus Respublikasına 2018-ci

ildə həyata keçirilən rəsmi səfərinin, o cümlədən, Prezident Aleksandr Lukaşenkonun ötən

ay Azərbaycana dövlət səfərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin

münasibətlərimizə xüsusi təkan verdiyini bildirib.

Milli Məclisin sədri, bu münasibətlərin parlamentlər çərçivəsində də uğurla davam

etdirilməsinin vacibliyini qeyd edib. O, qanunvericilik orqanlarımızın, həm ikitərəfli əsasda,

həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafı, bu sahədə

mövcud olan potensial barədə də fikirlər ifadə olunub. Belarus Prezidentinin Azərbaycana

səfəri zamanı əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının, bir çox sahələr üzrə

əlaqələrin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparıldığı bildirilib. Bunun üçün

parlamentlərin də müvafiq qanunvericilik bazasının yaradılması istiqamətində fəaliyyət

göstərməsinin önəmi vurğulanıb.


Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 

 








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031