COP29 çərçivəsində parlamentlərarası dialoq mövzusunda onlayn iclas
İyunun 11-də Parlamentlərarası İttifaq tərəfindən “COP29-a hazırlıq: iqlim
dəyişikliyi üzrə parlamentlərarası dialoq” mövzusunda onlayn iclas təşkil olunub.
İclasda Milli Məclisin deputatı Soltan Məmmədov çıxış edib.
O, Azərbaycanın iqlim dəyişikliyi probleminin həllində və yaşıl enerjiyə keçiddə
verdiyi töhfələri qeyd edib. Diqqətə çatdırılıb ki, ölkəmiz bərpa olunan enerji
mənbələrinə sərmayə qoyuluşuna görə liderlər sırasındadır.
Soltan Məmmədov COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və
Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Toplantısının
əhəmiyyətindən söz açıb, bu platformanın parlamentarilərə fikir mübadiləsi aparmağa
və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə mühüm
imkanlar yaradacağına inamını ifadə edib. O, COP29-la bağlı məlumat verib, görüş
iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi