Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının və Nümayəndələr Palatasının sədrləri ilə görüşüb

Image

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu

ölkənin Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Nümayəndələr

Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.

Əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Respublika

Şurasının sədri Natalya Koçanova, Milli Məclis sədrinin bu səfərinin münasibətlərimizə yeni

impuls verəcəyinə inamını ifadə edib. O, qeyd edib ki, Azərbaycan və Belarus təkcə tərəfdaş

ölkələr deyil, iki ölkə arasında münasibətlər bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq

prinsiplərinə söykənir.

Nümayəndələr Palatasının sədri İqor Sergeyenko da ölkələrimiz və parlamentlərimiz

arasında münasibətlərin mövcud səviyyəsindən razılığını bildirərək, xalqlarımız arasında

əlaqələrin dərin tarixi köklərə malik olduğunu, bu gün ölkələrimiz arasında münasibətlərin bu

möhkəm əsasa söykəndiyini söyləyib.

Görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin hazırki yüksək səviyyədə

inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu

qeyd olunaraq, vurğulanıb ki, ali və yüksək səviyyədə həyata keçirilən səfərlər və imzalanan

sənədlər əlaqələrin daha da dərinləşməsini təmin edib. Həmçinin qeyd olunub ki, son illərdə

müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin sayının artması da münasibətlərimizin

yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Qeyd olunub ki, bu günədək Azərbaycan və Belarus arasında siyasi, iqtisadi, sosial,

humanitar, elmi-texniki və regional əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd

imzalanıb ki, bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün fundamental əsaslar yaradıblar.

Tərəflər həmçinin əməkdaşlığın müxtəlif sahələrdə daha da dərinləşdirilməsinin əhəmiyyətini

qeyd edərək, bu istiqamətlərdə mövcud imkanlarla bağlı fikirlərini ifadə ediblər.

Söhbət zamanı, həmçinin əlaqələrimizin mühüm bir istiqamətini əhatə edən beynəlxalq

platformalarda əməkdaşlıq məsələlərinin əhəmiyyəti də qeyd edilib və bildirilib ki, ölkələrimiz

beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq təcrübəsinə malikdirlər. Bu günə qədər

ölkələrimiz beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək göstəriblər.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan və Belarus coğrafi baxımdan

bir-birinə yaxın ölkələr olmasalar da, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və


etimada söykənən yüksək səviyyədə münasibətlər mövcuddur. O, parlamentlərimiz arasında

əlaqələrin də bu əsaslara söykəndiyini qeyd edib.

Görüşdə qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament

təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova

beynəlxalq fəaliyyət çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində

əməkdaşlığın da önəmini qeyd edib.

Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq haqqında Anlaşma

Memorandumunun imzalandığı xatırlanaraq, bu sənədin qanunverici orqanlarımız arasında

əlaqələrin inkişafına töhfə verdiyi bildirilib. Qeyd olunub ki, qarşılıqlı səfərlər, dostluq qruplarının

sıx təmasları, parlament komitələri arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın yaradılması

əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verə bilər.

Spiker Sahibə Qafarova görüşdə Azərbaycanın 30 il işğaldan əziyyət çəkdiyini, 2020-ci

ildə öz gücü hesabına əldə etdiyi qələbə nəticəsində ərazi bütövlüyünü bərpa etdiyini, ötən il

həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini təmin etdiyini

diqqətə çatdırıb. Bildirilib ki, işğal zamanı bütün şəhər və rayonlarımız, infrastruktur, tarixi və

mədəniyyət abidələri, dini məbədlər tamamilə dağıdılıb, talan olunub. O, hazırda Azərbaycanın

işğaldan azad olunmuş ərazilərində həyata keçirilən və "ağıllı şəhər", "ağıllı kənd"

konsepsiyalarına əsaslanan nəhəng bərpa və quruculuq işləri barədə də məlumat verib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işlərində

Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.

Söhbət zamanı həm humanitar əməkdaşlıq, həm də mədəniyyət sahəsində əlaqələrin də

yüksək səviyyədə olduğu qeyd edilərək, vurğulanıb ki, bu da öz növbəsində iki xalqın bir-birinə

daha da yaxınlaşmasında xüsusi rol oynayır. Bildirilib ki, xalqlarımız arasında dostluq əlaqələri

mühüm əsaslara malikdir. Bu il Belarusun faşist işğalçılarından azad edilməsinin 80-ci

ildönümünün tamam olduğu, Belarus torpaqlarının azad edilməsində azərbaycanlıların da

şücaət göstərdikləri qeyd olunaraq, Belarus xalqının bunu heç vaxt unutmadığı və yüksək

qiymətləndirdiyi diqqətə çatdırılıb. Həmçinin, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi,

şəhərlərimiz arasında qardaşlıq haqqında müqavilələrin imzalanması kimi tədbirlərin önəmi

diqqətə çatdırılıb.

Görüşdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə

Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və

spiker Sahibə Qafarova qarşı tərəfi COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq

ilə birlikdə təşkil edəcəyi Parlament konfransında iştiraka dəvət edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi

aparılıb.


Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi


 


 




 








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031