MEK-də yeni daxil olan nəşrlərin sərgisi keçirilir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi
Kitabxanasında (MEK) yeni daxil olan nəşrlərin sərgisi keçirilir.
Ümumilikdə 102 adda nəşrin təqdim edildiyi sərgidə Azərbaycan dövlətçiliyi
sahəsində dəyərli kitablardan “Heydər Əliyev və müasir biologiya elminin
inkişafı: nailiyyətlər və çağırışlar” beynəlxalq konfransın materialları,
“Heydər Əliyev – İlham Əliyev müasir Azərbaycanın liderlik fəlsəfəsi və
dövlətçilik təcrübəsi”, “Heydər Əliyev: dünya sivilizasiyasında elit
şəxsiyyət”, “Heydər Əliyev 100 faktın tarixi”, “Heydər Əliyev: dil, ədəbiyyat
və incəsənət”, “Qarabağ tarixi 1920-1990”,“Zəfər marşı” və digərləri
nümayiş olunur.
Bundan əlavə, müxtəlif elm sahələrini əhatə edən “Avesta Yasna”, “Qədim
Roman dilləri”, “Roman filologiyasına giriş”, “Nəqliyyatda intellektual
idarəetmə sistemləri”, “Azərbaycanın neft-qaz yataqları və perspektivli
strukturları” üç kitab, “Mikroorqanizmlərin genetikası”, “Qədim dövrdə
Azərbaycanda elmi biliklərin və təhsilin təşəkkülü”, “Nevrologiyada müayinə
metodları (şkalalar, testlər, sorğu anketləri)” tədris-metodiki vəsait,
“Nevrologiya”, “Azərbaycanda riyaziyyat elminin tarixi”, bədii ədəbiyyat
kitablarından Vaqif Bəhmənlinin “Əsərlər”i çoxcildliyi, "Keçmişdən
gələcəyə", Hürzad Əhmədlinin "Ruhum yaşayacaq bu sətirlərdə", o
cümlədən Şəmsəddin Küzəçinin “Kərkükün milli yazıçısı Əta Tərzibaşının
həyatı və əsərləri”, İsgəndər Atillanın “Əsrin şairi. Cavid etikası”, "Şuşanın
görkəmli simaları" və s. kitablar sərgilənir.
Sərgi iki həftə müddətində davam edəcək.
İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 ( daxili 14-14)