Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlığının Yeni Erası

Image

15 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Şuşa şəhərində

Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın daha da dərinləşməsini təsbit edən

mühüm sənəd – Şuşa Bəyannaməsi imzalanmışdır. Bu bəyannamə, ikitərəfli

münasibətləri möhkəmləndirən, regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətli olan

bir sıra əsas maddələri özündə cəmləşdirir. Bəyannamədə nəzərdə tutulan əsas

məqamlara yaxından nəzər salaq.

İlk növbədə, müdafiə və təhlükəsizlik məsələsi. Bəyannamə, hər iki ölkənin ərazi

bütövlüyünün qorunmasını, milli təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı

gücləndirməyi nəzərdə tutur. Bu çərçivədə, qarşılıqlı hərbi təlimlərin keçirilməsi və

müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu isə

dosta da, düşmənə də bir mesajdır. Belə ki, artıq ölkəmiz tək deyil və bəzi dövlətlər

ölkəmiz və regionumuzla bağlı planlar qurarkən qardaş Türkiyə Cümhuriyyətini də

nəzərə almalıdır. Türkiyə, bölgədə güclü iqtisadiyyatı, hərbi potensialı və diplomatik

nüfuzu ilə seçilən bir dövlətdir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, regional və

beynəlxalq məsələlərdə güclü mövqe təmin edir. Türkiyənin NATO üzvü olması və

beynəlxalq arenada mühüm rol oynaması, Azərbaycanın da təhlükəsizlik və diplomatiya

sahələrində mövqelərini gücləndirir. Bu müttəfiqlik, Azərbaycanın maraqlarının

müdafiəsi üçün mühüm bir platforma təmin edir.

Bəyannamədə ikinci olaraq, iqtisadi və ticarət əməkdaşlığı başlığı diqqət çəkir.

Bu, ticarət həcminin artırılması, sərmayələrin təşviqi və qarşılıqlı iqtisadi layihələrin

dəstəklənməsi kimi sahələri əhatə edir. Xüsusilə, enerji və nəqliyyat sektorlarında birgə

layihələrin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Növbəti olaraq mədəniyyət və təhsil: Bəyannamə mədəni və təhsil sahələrində də

əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Bu çərçivədə, ortaq mədəniyyət və təhsil

layihələri, tələbə mübadiləsi və dil tədrisi kimi sahələrdə qarşılıqlı əməkdaşlıq

genişləndiriləcəkdir.

Yekun olaraq, infrastruktur və nəqliyyat məsələsi. İki ölkə arasında nəqliyyat və

logistik əməkdaşlığın gücləndirilməsi məqsədilə, infrastruktura sərmayə qoyuluşunun

artırılması və yeni nəqliyyat dəhlizlərinin yaradılması planlaşdırılır. Bu çərçivədə,

Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyət kəsb edir, bu da regionda ticarət və

nəqliyyat əlaqələrinin güclənməsinə töhfə verəcəkdir.

Ümumilikdə iki dövlətin münasibətlərinə yaxından nəzər saldıqda, məlum olur ki,

Azərbaycan və Türkiyə arasındakı münasibətlər, sıradan bir dövlətlərarası əlaqədən daha

çox qardaşlıq və dərin tarixi bağlılıqla xarakterizə olunur. Bu iki ölkənin bir-birinə olan

yaxınlığı tarixin, mədəniyyətin, dilin, dinin və milli maraqların harmoniyasından irəli

gəlir. Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri əsrlərlə formalaşmış və hər iki

xalqın ortaq mənəvi və mədəni dəyərlərini əks etdirən bir əlaqə nümunəsidir. Bu əlaqələr,

hər iki ölkənin beynəlxalq arenada daha güclü mövqe tutmasına və regionda sülh və

sabitliyin təmin olunmasına xidmət edir. Azərbaycanın Türkiyə ilə olan strateji

müttəfiqliyi, regionda digər dövlətlərin də bu əməkdaşlığı nəzərə almasını zəruri edir və


hər iki ölkənin maraqlarının qorunmasına xidmət edir. Gələcəkdə, Azərbaycan və

Türkiyə arasında əməkdaşlıq daha da genişlənəcək və bu əlaqələr, hər iki xalqın ortaq

gələcəyini təmin edəcəkdir.


Ülkər Mirzəmətova

YAP Pirallahı rayon təşkilatının fəalı








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031