Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar ekoloji aksiya keçirildi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1№-li kitabxana
filialının əməkdaşları Ətraf Mühitin Qorunması Günü ilə əlaqədar açıq
havada 147 №-li Texniki-Humanitar liseyin 3-cü sinif şagirdləri ilə
“Təbiətimizi birlikdə qoruyaq!” adlı ekoloji aksiya təşkil etdilər.
Kitabxana filialının əməkdaşı Aytən Məmmədova bu günün
məqsədi haqqında uşaqlara məlumat verdi. Daha sonra kitabxanaçı ətraf
mühitə mənfi təsir edən əsas amillərdən, havanı və suyu çirkləndirən
səbəblərdən danışdı. Kitabxanaçı uşaqlara təbiətimizi qorumaq üçün
vacib tövsiyələr verdi. O qeyd etdi ki, sağlam həyat və sağlam
gələcəyimiz üçün ətraf mühiti birlikdə qorumalıyıq. Ekoloji aksiya zamanı
uşaqlar kitabxana əməkdaşları ilə birlikdə ağaclara qulluq etdilər, yeni
əkilmiş ağac tingləri və gül kollarına su verdilər, ərazini otlardan və
daşlardan təmizlədilər.