Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır

Image

Azərbaycanla Misir arasında hələ orta əsrlərdən dost münasibətləri qurulub. Ortaq mədəniyyətə malik olan hər iki ölkə arasında ta qədimdən xalqlararası əlaqələr olub və hətta sovet dönəmində belə bu isti münasibətlər qorunub saxlanılıb. Müstəqillik illərində isə bu dostluq əlaqələri daha da möhkəmlənib, inkişaf edib. Ümumiyyətlə tarixən ərəb dünyası ilə Azərbaycanın tarixi-mədəni bağlılığı olub. Dinimiz, bənzər mənəvi dəyərlərimiz xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycanın bir çox şair və yazıçıları Azərbaycan dilindən başqa, eyni zamanda ərəb dilində də yazıb yaratmışlar. Bizim dahi şairlərimiz Nəsimi və Füzulinin məzarları da ərəb dövlətləri ərazisində - Nəsiminin məzarı Suriyanın Hələb şəhərində, Füzulinin məzarı isə İraqın Kərbəla şəhərindədir.

Misir də bir ərəb dövləti olaraq ilk ölkələrdən olub ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra - 1991-ci il dekabr ayının 26-da müstəqilliyimizi tanıyıb. 1993-cü ildə Misirin Bakıda, 1994-cü ildə isə Azərbaycanın Qahirədə səfirliyi açılıb. Misir o dost ölkələrdəndir ki, Ermənistan-Azərbaycan münaqişəsi dövründə Azərbaycanın ərazi müstəqilliyini dəstəkləyib və beynəlxalq təşkilatlarda hər dəfə Azərbaycanın ədalətli mövqeyini müdafiə edib. Eyni zamanda Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını bəyənir və dəstəkləyir.

İyun ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qahirədə rəsmi səfərdə olub. Səfər zamanı mətbuata verdiyi bəyanatda qeyd edib ki, “Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam edəcək. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə islam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir”.

Azərbaycan islam dövlətləri ilə həm ikitərəfli qaydada, həm siyasi, həm də beynəlxalq platformalar üzərində əməkdaşlığı durmadan genişləndirir.

Bildiyimiz kimi Qoşulmama Hərəkatında çoxlu sayda ərəb ölkələri təmsil olur. Azərbaycan da 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub və qurumun fəaliyyətində yaxından iştirak edib. 2019-2022-ci ildə sədrlik Azərbaycana həvalə olunub və çox sevindirici bir haldır ki, sonrada üzv ölkələrin yekdil səsverməsi ilə Azərbaycanın sədrliyi daha bir il də artırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”.

Azərbaycanın Dövlət başçısı çıxışında eyni zamanda Fələstin-İsrail münasibətlərinə də toxunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. Bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır”.

Cənab Prezident çıxışında Azərbaycan və Ermənistanın öz sərhədlərini müəyyənləşdirmək işində nail olunan uğurlardan, eyni zamanda 12,7 kilometr dövlət sərhədinin razılaşdırıldığından söz açdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.

Artıq Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa-quruculuq işləri gedir. Bir çox dost, qardaş ölkələr burada məktəb, mədəniyyət obyektləri və s. inşa edirlər. Böyük sərmayələr qoyurlar. 30 il əvvəl bu torpaqlardan didərgin salınmış yerli əhali böyük sevinc içərisində öz doğma yerlərinə qayıdır.

Azərbaycan günbəgün inkişaf edir. Ticarət dövriyyəsi xeyli artıb. Bu gün Azərbaycan-Misir əlaqələri də sürətlə inkişaf edir. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. Hazırda bu iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəsini artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.

Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır”.

Səfər zamanı Azərbaycan və Misir əlaqələrinin daha da genişləndirilməsi üçün bir sıra sənədlər imzalanmışdır.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031