MEK-in tərtibatında professor İlham Ələkbərovun biblioqrafik göstəricisi nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi
Kitabxanasının (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri”
seriyasından professor İlham Xəyyam oğlu Ələkbərovun biblioqrafik
göstəricisi işıq üzü görüb.
Vəsaitə zoologiya elmi sahəsində tanınmış alim AMEA-nın müxbir üzvü,
biologiya elmləri doktoru, professor İlham Ələkbərovun həyatı, elmi-
pedaqoji fəaliyyəti haqqında oçerk, elmi əsərlərinin, dövri, ardı davam edən
və seriyalı nəşrlərdə Azərbaycan, rus və digər xarici dillərdə dərc olunmuş
məqalələri, respublika və beynəlxalq əhəmiyyətli konfranslarda məruzə və
çıxışları, elmi-tədqiqat işləri və s. daxil edilib.
AMEA-nın müxbir üzvü İlham Ələkbərovun 75 illik yubileyi münasibətilə
AMEA Rəyasət Heyətinin qərarına əsasən tərtib olunan biblioqrafik
göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə
doktoru, dosent Hüseyn Hüseynov, redaktoru Biblioqrafik nəşrlər şöbəsinin
müdiri Nərgiz Novruzova, tərtibçisi şöbənin əməkdaşı Afət Məmmədovadır.
Alim 200-ə yaxın elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir.
Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə yeddi fəlsəfə və bir elmlər doktoru
hazırlanıb. İlham Ələkbərov Beynəlxalq Zooloqlar Cəmiyyətinin, bir sıra
yerli və tanınmış xarici elmi jurnalların redaksiya heyətinin üzvü,
pristologiya üzrə rəyçidir.
Göstərici biologiya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb
tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
İctimaiyyətlə əlaqələr şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 ( daxili 14-14)