Hərbçimiz naməlum şəraitdə itkin düşüb
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.
Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.