Türk birliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətini təşkil edir

Image

Türk birliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin 

prioritet istiqamətini təşkil edir

 

Bu gün müstəqil türk dövlətləri olaraq istər ikitərəfli əlaqələrimizlə, istərsə də bir masa ətrafında topladığımız türk dünyasının beynəlxalq təşkilatları ilə əlaqələrimizi hər sahədə yüksək səviyyəyə çatdırmışıq və inkişaf etdirməyə davam edirik. İsmayıl bəy Qaspiralının bizə miras qoyduğu “dildə, fikirdə, işdə birlik” ideyası ilə birliyimizi, həmrəyliyimizi gücləndirməyə, daha sıx əməkdaşlıq və əlaqələr qurmağa və daha da yaxınlaşmağa davam edəcəyik. Türkiyə hər zaman müstəqil türk dövlətləri ilə münasibətləri inkişaf etdirmək əzmini qoruyub saxlayır. Türkiyə Böyük Millət Məclisi olaraq türk dünyası ilə əlaqələr bizim üçün böyük önəm və prioritet daşıyır.

Təməli sivilizasiya, mədəniyyət, tarix və dil birliyinə əsaslanan TÜRKPA 2008-ci ildə Türkdilli Ölkələrin Parlament Assambleyası kimi yaradılıb. Keçən il Türk Dövlətlərinin Parlament Assambleyası adını alan TÜRKPA müxtəlif məsələlərlə məşğul olan, gücləndirilmiş işi ilə müstəqil türk dövlətlərinin məclislərini bir-birinə yaxınlaşdıran mühüm bir qurumdur.

Türk dövlətlərinin parlament diplomatiyası prinsipinə əsaslanan əməkdaşlıq strukturları arasında xüsusi mövqeyə malik olan TÜRKPA XXI əsrin ilk beynəlxalq türk qurumudur və özündən sonra gələn digər Türk dünyası beynəlxalq təşkilatlarına da öncülük etmişdir. TÜRKPA 15 ildə əldə etdiyi uğur və tərəqqi sayəsində həmyaşıdları arasında nümunəvi beynəlxalq parlament təşkilatına çevrilib. Bu gün gəldiyimiz məqamda TÜRKPA təkcə parlament birliyi kimi deyil, həm də uğurlu regional beynəlxalq təşkilat kimi özünü doğruldub.

Böyük zəhmət və səylə indiki səviyyəyə çatan əlaqələrimizi heç vaxt kafi hesab edə bilmərik. Estafet yarışı kimi gördüyümüz bu yolda sələflərimizdən aldığımız bu bayrağı ən yaxşı şəkildə daşıyacaq və bizdən sonra gələnlərə təhvil verəcəyik. Adlar və vəzifələr dəyişsə də, Türk dünyasını yaxınlaşdırmaq, ortaq gələcək qurmaq əzmimiz və iradəmiz dəyişməyəcək.

TÜRKPA daimi komissiyaların işi və digər fəaliyyətlərlə səmərəliliyini artıraraq fəaliyyətini davam etdirir. Eynilə, assambleyalarımızın ixtisaslaşmış komissiyaları arasında əməkdaşlıq inkişaf etdirilir, model qanunlar işlənib hazırlanır və qanunvericiliklər bir-birinə yaxınlaşdırılır, deputatlarımız qardaş ölkələrin parlamentləri ilə yaxından tanış olmaq, təcrübə və biliklərini bölüşmək imkanı əldə edirlər. Bu səylər Türkiyə Böyük Millət Məclisinin sədrliyi dövründə də artan templə davam edəcək.

Beynəlxalq təşkilatın uğurla fəaliyyət göstərməsi onu yaratmaqdan daha çətindir. TÜRKPA yarandığı gündən indiyədək inkişaf edib, güclənib və irəliləyiş əldə edərək uğurlu olduğunu sübut edib. Digər türk dünyası beynəlxalq təşkilatları kimi TÜRKPA və ona verilən dəstək bu qardaşlıq ruhunun və ümumi gələcək qurmaq iradəsinin ən konkret ifadəsidir.

Müstəqil türk dövlətləri “Birlik gücdür” deyiminə sadiq qalaraq, qarşılaşdıqları hər bir çağırışa birgə cavab verərək, daha da güclənəcək və əhəmiyyət daşıyan məsələlərdə gücünü daha yaxşı əks etdirəcəkdir.

 

Təbriz Babayev,

Xəzər rayonu, 326 nömrəli tam orta məktəbin müəllimi 







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031