Azərbaycan və TÜRKPA-nın perspektivi: iqtisadi, siyasi və mədəni əlaqələr

Image

Azərbaycan və TÜRKPA-nın perspektivi: iqtisadi, siyasi və mədəni əlaqələr

Azərbaycanın dünya siyasət və iqtisadiyyatında artan nüfuzunun nümunəsi kimi, bölgədə yaratdığı yeni reallıqları, güclənən strateji mövqeyini, iqtisadi və diplomatik inkişafını misal göstərmək olar. Bununla yanaşı Azərbaycanın enerji sənayesindəki rolu böyük bir nüfuz mənbəyi kimi öz əksini tapır. Regionun ən mühüm enerji tədarükçülərindən biri olan Azərbaycan, neft və qaz ehtiyatlarında böyük potensiala malikdir. Bu isə ölkəni regionun iqtisadi və siyasi tərəfdaşı kimi mühüm bir rol oynayır. Azərbaycanın aktiv diplomatik fəaliyyətləri də nüfuzunun artmasında əhəmiyyətli bir rol oynayır. Bu isə özünü beynəlxalq qurumlar, habelə qlobal platformalar üzrə aktiv rolu ilə özünü göstərir. Qərb və Şərqin birləşdiyi bir nöqtədə olan Azərbaycan, regionda sülh və təhlükəsizliyi təmin etmək, iqtisadi əməkdaşlığı inkişaf etdirmək və qlobal problemləri həll etmək istiqamətində aktiv təşəbbüslər irəli sürür. Dövlətimiz üzvü olduğu bütün beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfələrini verir. Bu baxımdan, beynəlxalq təşkilat statusuna malik olan Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ilə əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. 

Bu təşkilat Türk dünyasının siyasi, mədəni və iqtisadi sahələrdə daha yaxın əməkdaşlığını təşviq etmək və Türk millətləri arasında daha sıx əlaqələrin qurulmasını özündə ehtiva edir. Bununla yanaşı, Türk dövlətləri arasında siyasi dialoqun gücləndirilməsini, ortaq məsələlərin müzakirə və həll edilməsini, mədəni və ictimai əlaqələrin genişləndirilməsini də hədəfləyir. Bu məqsədlərə nail olmaq üçün TÜRKPA, Türk dövlətləri parlamentləri arasında işbirliyini artırmaq, təcrübə mübadiləsini təşviq etmək, müxtəlif sahələrdə təşkilatlanmış tədbirlər və proqramlar təşkil etmək və üzvlərin siyasi, mədəni və iqtisadi maraqlarını müdafiə etmək üçün platforma və imkanlar təmin edir. Azərbaycan TÜRKPA vasitəsilə Türk dünyasının iqtisadi, siyasi və mədəni əməkdaşlığına mühüm önəm verir. Azərbaycan və TÜRKPA arasındakı əlaqələr, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq üçün bir birləşmə platforması kimi fəaliyyət göstərən müasir siyasət formalarının tipik nümunəsidir. Bu əlaqələr, həm Azərbaycanın həm də TÜRKPA üçün vacibdir. 

TÜRKPA-nın təşkil etdiyi plenar iclaslar, Türk dünyasının qədim tarixi bağları və ortaq maraqlarına ismarış edən əhəmiyyətli bir platformadır. Bu toplantılar, mədəni, iqtisadi və siyasi sahədə əməkdaşlığı artırmağı məqsəd edir və Türk xalqlarının bir-biri ilə daha yaxın əlaqələr qurmasını təşviq edir. Bu plenar iclaslar, Türk dünyasının birliyinin konkret bir ifadəsidir. Burada qəbul edilən qərarlar, üzv ölkələr arasında dəstəklənməsinə və əməkdaşlığın güclənməsinə töhfə verir. Ortaq problemlərin həllinə birgə çalışmaq, Türk dünyasının birliyinə olan inancı möhkəmləndirir.

Bildiyimiz kimi, cənab Prezident İlham Əliyev cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul etmişdir. Qəbul zamanı çıxış edən ölkə başçımız bir sıra mühüm məsələləri də vurğulamışdır. Çıxışında TÜRKPA iclasının əhəmiyyətini vurğulayan cənab Prezidentimiz, Türk dünyasının birliyi və dayanışması haqqında da fikirlərini bildirmiş və bu iclasın birliyinin və ortaq məsələlərinin müzakirəsi üçün ətraflı bir platforma olduğunu, eləcə də bu birliyin möhkəmlənməsi üçün əhəmiyyətli bir imkan təşkil etdiyini qeyd etmişdir. Prezident, Azərbaycanın bu təşkilatın bir üzvü olaraq, region və dünya sülhü, təhlükəsizliyi və iqtisadi əməkdaşlığının inkişafı üçün səylərinin davam etdiyini vurğulamışdır. Bu çıxış, Azərbaycanın TÜRKPA-da mövqeyinin və təşkilatın məqsədlərinə olan təsirinin bir nümunəsidir, həm də Türk dünyasının birliyini və əməkdaşlığını artırmaq üçün iradəsini göstərməkdə bir başqa addımdır.

 

    

Elçin Məmmədov,

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri 








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031