Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” təsdiq edilib. - Qərar
“Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” təsdiq edilib.
“Gunuxeberi.az ” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
Qərara əsasən, Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü” əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilib:
- Xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 15652,53 hektar.
- Təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 26997,87 hektar.
- Turizm və rekreasiya zonası – 124,82 hektar.
- Turistlərə və başqalarına xidmət göstərilən zona – 4,40 hektar.
- Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası – 0,23 hektar.