"Seqo bildirmişdi ki, azərbaycanlıların hamısını öldürəcəklər" - Beqlaryanın MƏHKƏMƏSİ

Image


Xocalıda azərbaycanlılara qarşı soyqırım törətməkdə və terrorçuluqda təqsirləndirilən Raşid Beqlaryanın məhkəməsi keçirilib.

 

Gununxeberi.az "report"a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə bu gün növbəti məhkəmə iclası keçirilib.

 

Beqlaryanla bağlı istintaq zamanı maraqlı məqamlar da üzə çıxıb. Məlum olub ki, Fransa Respublikasından onun hesablarına 2 milyon avroya yaxın pul köçürüb. Özünün iddiasına görə tutulanadək Fransada yaşayan bəzi şəxslər həmin pulu ona kömək məqsədi ilə ianə ediblər.

 

O, istintaqa verdiyi ifadəsində Xocalıda və digər Azərbaycan rayonlarında törədilən qırğınlardan danışıb:

 

"Əsgəranda anadan olmuşam. Əli silahlı olmamışam. Həmin vaxt Qarabağda silahlı bölük var idi. Bu bölüyə Vitali Balasanyan rəhbərlik edirdi. Həmin vaxt Qarabağda bir çox tapşırıqlar icra edən Seqo Doluxanyanla dostluq etmişik. Seqo 1990-cı ilin əvvəlində döyüşlərdə aktiv iştirak edirdi. O, mənə dedi ki, Xocalıda yaşayan azərbaycanlılar bu gün rayonu tərk edəcəklər. Qarabağda əli silahlı ermənilər onların gedəcəklərini bilirdi".

 

Onun sözlərinə görə, həmin əli silahlı ermənilər Əsgəran qalasının yaxılığında təpələrdə mövqe tutaraq Xocalını tərk edən azərbaycanlıları gözləyirlərmiş.

 

"Gündüzə yaxın təxmini 150 nəfər azərbaycanı göründü. Çoxu qadın, uşaq və qocalar idi. Seqo bildirmişdi ki, onların hamısını öldürəcəklər. O, azərbaycanlılara nifrət etdiklərini deyirdi. Kütlə toplaşandan sonra silahları onlara tuşladılar. Qadın və uşaqlar yalvarırdılar ki, onlara atəş açmasınlar. Biz öldürülənlərə baxıb gülürdük. Etiraf edirəm ki, çox dəhşətli səhnə idi. Təxmini 30 dəqiqə sonra onların çoxunu öldürə bildik, yalnız kiçik bir kütlə qaçdı. Öldürülənlərin meyitləri Əsgəran qalasının ətrafında idi. Əli silahlı ermənilər onların öldüyünə əmin olandan sonra üzərlərini yoxlayır, əşyalarını soyub geri qayıtdılar", - R.Belqaryan deyib.

 

O, vurğulayıb ki, yaxın ərazidə yaşayan ermənilər öldürülən azərbaycanlıların meyitlərinin çürüməsindən və xəstəlik yayılacağından şikayət ediblər, ona görə də həmin cəsədləri toplayaraq Əsgəran qalasının yanında kütləvi məzarlıqda dəfn ediblər.

 

Hakim təqsirləndirilən şəxsin məhkəmədəki və istintaqdakı ifadələrində ziddiyət olduğunu bildirib.

 

Belə ki, R.Belqaryan istintaqda ifadəsində deyib ki, hadisələrin şahidi olub, lakin, məhkəmə hadisəni ona Seqo Doluxanyanın danışdığını deyib. O, məhkəmədki ifadəsini təsdiqləyib.

 

O, Xocalıda törədilənlərin pis hal olduğunu bildirib və həmin qırğınların soyqırım olduğunu qəbul edib.

 

Beqlaryanın Xocalı faciəsi vaxtı iştirak etdiyi və şahidi olduğu cinayətlərinə gəlincə o, həmin vaxt baş verənləri özünün “Beqlaryanın döyüş yolu” adlı sənədində (Azərbaycanda tutulanadək) ətraflı qeyd edib.

 

Beqlaryan yazır ki, döyüş yoluna Murad Petrasyanın rəhbəri olduğu üçüncü dəstədən başlayıb. O, həmin dəstənin tərkibində döyüşüb, komandirin tapşırıqlarını icra edib. Etiraf edib ki, həmin dəstə Ağdam-Şuşa yolundakı körpünü partladıb, türklərin kalonlarını məhv edib. Sonradan özü dəstə komandiri olub. Xocalı və Xocəvənddə gedən döyüşlərdə 4 dəfə yaralanıb. Döyüşlərdən sonra ona “Vətənin müdafiəsi” medalı verilib.

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, əvvəllər azadlıqları məhdudlaşdırılmaqla Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayəti kimi digər ağır cinayət əməllərini törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Beqlaryan Raşid Aramayisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103, 107, 109, 112, 113, 115.2, 116.0.1, 116.0.6, 116.0.8, 116.0.10, 116.0.11, 116.0.16, 318.1 və AR 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş CM-in 70.2-ci maddəsinin 3-cü hissəsi, 220-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunaraq həbs edilib. Qeyd olunan işgəncələrə məruz qalmış həmin şəxslər müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.

 

Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, 25 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı qabaqcadan qurulmuş plana uyğun olaraq, sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilmiş, 26 fevral 1992-ci il tarixində özünün də daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salaraq avtomat silahlardan atəş açmaqla qətlə yetirmişlər.

 

Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırılıb.

 

İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.










XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031