GEDİR
Görürsənmi , bu dünyadan,
Gecə gündüz ,karvan gedir .
Bu karvanın , yox sarvanı ,
Qanmaz gedir , qanan gedir .
Bu yollara , duman enməz,
Günəş doğmaz,günəş sönməz .
Gedənləri , geri dönməz ,
Qayıdacaq , guman gedir
İnsan oğlu , olma naşı ,
Qovğalara , salma başı .
El içində , təmiz yaşa ,
Atan gedir , anan gedir .
Sən yaxşı bax ,olanlara
O qudurğan ,harınlara .
Mənəm deyən ,kalanlara
Bu yolları , üryan gedir .
İnsanlığa ,verib qiymət ,
El içində ,qazan hörmət
Gedənlərə , etdim heyrət ,
Aqil ,cahil yan, yan gedir
Gəl aldama , məgirlərə ,
İşıq salaq , ürəklərə .
Qoşulubdu ,şairlərə ,
Rəfail tək , nadan gedir .
RƏFAİL QURBANOĞLU