Abovyan yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş güclü partlayış və yanğın nəticəsində xəsarət alanlar var.
Abovyan yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş güclü partlayış və yanğın nəticəsində xəsarət alanlar var.
"Gununxeberi.az " xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Narek Sarkisyan bildirib.
Hazırda hadisə yerində 12 yanğınsöndürmə briqadası göndərilib.
*** 23:50
İrəvan-Göyçə yolunun 2-ci kilometrliyində yerləşən yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
"Gununxeberi.az " xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın sosial şəbəkədə verdiyi məlumata görə, partlayış nəticəsində stansiyanın ərazisində yanğın baş verib.
Hazırda yanğınsöndürmə briqadaları hadisə yerinə gedir.