Özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi

Image

Özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi

 

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir. Bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı da bu tədbirin yüksək statusunu təsdiqləyir. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edir. 2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 %-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın "yaşıl enerji" sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40 %-i tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur. 

Belə ki, bu il respublikanın neft tarixində yeni dövrün əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. "Əsrin müqaviləsi" ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edən və Azərbaycanı dünyanın neft ixracatçılarından birinə çevirən özül hesab edilir. Belə ki, məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyuldu. Onu da əlavə edək ki, 2024-cü ildə Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Həmçinin, Bakı Enerji Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin tədbirlər proqramında əks olunacaq. Tədbirin açılış nitqi ilə çıxış edən Prezident İlham Əliyev də tədbirin əhəmiyyətinə toxunaraq, Bakı Enerji Həftəsinin Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığını bildirib. Ölkə başçısı Azərbaycanın qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut etdiyini də diqqətə çatdırıb.

Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunur. Sərgidə Günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunur. Sərgidə 300-ə yaxın şirkət iştirak edir. Şirkətlər məhsullarını nümayiş etdirirlər. Təqdim olunan layihəmiz Qarabağ regionunda tikdiyimiz yarımstansiyanın yüksəkgərginlikli xətlərinin çəkilməsi ilə bağlıdır. Stendlərdən biri Kəlbəcər rayonundadır. Biz birbaşa yüksəkgərginlikli xətləri gördüyümüz yerlərdə bərpa edirik. O yarımstansiyada hazır tikilən yaşayış məntəqələri tam enerji ilə təmin olunur.

Sərgi və forum iştirakçılarına ABŞ, Böyük Britaniya və Türkiyə dövlət başçılarından təbrik məktubları göndərilib. Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksək rütbəli qonaqların iştirakı gözlənilir. Bakı Enerji Həftəsi isə öz növbəsində enerji sektorundakı aktual məsələlərin müzakirə edildiyi və enerji sənayesində əhəmiyyətli tərəflərin bir araya gəldiyi bir platformadır. Bu tədbir dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələri və təşkilatları cəlb edir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, layihələr və konfranslar enerji sahəsində yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsinə kömək edir.

Xəzər regionunun əsas neft-qaz layihələri və regionda enerji təhlükəsizliyi “Caspian Oil&Gas” sərgisində müzakirə olunacaq. Sərginin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq. Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində isə beynəlxalq və yerli şirkətlərin energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaqdır. Sərgidə günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, nüvə enerjisi, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri və elektromobillər, enerji və resurslara qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaqdır.

Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaqdır. Sərgi günlərində "Stereotipləri qıraraq: Enerji həllərinin formatlaşdırılması", Yeni texnologiyalar və rəqəmsallaşma", “İrəliyə doğru yol açmaq: eko-avtomobilin gələcəyi və Azərbaycanda elektromobillərin artan populyarlığı”, “Radioaktiv maddələrin nəqli zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsi”, “Enerji sənayesində süni intellekt pionerləri", "Yüksək texnikaya uyğunlaşdırılmamış boru kəmərlərinin standart avadanlıqla yoxlanılması üçün həllər", "Qaz dəyər zəncirində karbonun rolu və tendensiyaların gələcəkdə karbon bazarlarını formalaşdırma yolları", eləcə də "Azərbaycanın neft-qaz sektorunda qadınların rolu" mövzularında panel müzakirələri keçiriləcəkdir.

Bakı Enerji Həftəsi çərçivəsində təşkil ediləcək daha bir mötəbər təbir isə Bakı Enerji Forumudur. Forumda həm Azərbaycan, həm də Xəzər regionu üçün vacib olan enerji məsələləri gündəmdə olacaqdır. Ənənəvi olaraq, foruma 600-dən çox nümayəndənin qatılacağı gözlənilir. Bu ilki tədbirdə “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Enerji təhlükəsizliyi 2.0”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı”, “Yeni texnologiyalar və rəqəmsallaşdırma”, “Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu”, “Xəzər regionunda kəşfiyyat və hasilat imkanları”, “Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı”, “Uğurlu enerji keçidində insan kapitalının rolu” kimi mövzular müzakirə olunacaqdır. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “Yaşıl dünya naminə. COP29 strateji inkişaf yolları” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi qonaqlar dəvət olunub. 

Ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında xüsusi yer tutur. Tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” prinsipinə sadiq qalaraq, 2024-cü ildə də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək.

 

Qasımov Ayməddin,

Xəzər rayonu, 92 saylı tam orta məktəbin müəllimi 







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031