AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN SƏDRİ, TÜRKPA-nın FƏALİYYƏTDƏ OLAN SƏDRİ SAHİBƏ QAFAROVANIN TÜRKPA-nın 13-cü PLENAR İCLASINDA ÇIXIŞI

Image



“Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyin həyata keçirilməsində parlamentlərin rolu”

 

Hörmətli Assambleya üzvləri,

Hörmətli beynəlxalq təşkilatların nümayəndələri, 

Əziz iştirakçılar, 

Xanımlar və cənablar.

TÜRKA-nın 13-cü Plenar İclasında sizləri səmimi qəlbdən salamlayıram. Plenar iclas iştirakçılarına səmərəli və uğurlu iş arzulayıram. Ümidvaram ki, aparılacaq fikir mübadiləsi və qəbul ediləcək qərarlar təşkilatımızın qarşısındakı vəzifələrin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.

 

Əziz dostlar, 

Xanımlar və cənablar.

Qardaş türk dövlətlərinin parlament sədrlərini, bütün nümayəndə heyətlərini Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Plenar İclasında səmimiyyətlə salamlayıram. İnanıram ki, iclas çərçivəsində aparacağımız müzakirələr əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişlənməsinə təkan verəcəkdir. 

Türkiyə Böyük Millət Məclisinin Sədri, çox hörmətli cənab Numan Kurtulmuşa TÜRKPA-ya uğurlu sədrliyinə görə minnətdarlığımı bildirirəm. Bu sədrlik təşkilatımızın işinin daha da gücləndirilməsinə mühüm töhfə vermişdir. 

Bu gündən Azərbaycan Respublikasının Milli Məclisi növbəti dövr üçün TÜRKPA-ya sədrliyi qəbul edir. 

Sizləri əmin edirəm ki, sədrliyimiz dövründə parlamentlərarası əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımlar  atılacaq. 

 

Hörmətli həmkarlar.

Çıxışımın əvvəlində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin cari il fevralın 14-də bu zalda keçirilmiş andiçmə mərasimində səsləndirdiyi bir fikri diqqətinizə çatdırmaq istəyirəm: “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur”. Dövlət başçısının fikirlərindən də göründüyü kimi, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalmaqda davam edəcək.

Həqiqətən də, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda olduqca uğurla inkişaf edir. Çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar, beynəlxalq aləmdə birgə fəaliyyət və qarşılıqlı dəstək bu əməkdaşlığın geniş miqyasının bariz göstəricisidir. 

Məmnunluq doğuran hal budur ki, eyni yüksək səviyyəli işbirliyi parlamentlərimiz arasında da müşahidə olunmaqdadır.

12-ci plenar iclasdan ötən dövr parlament sədrləri, dostluq qrupları və komitələr səviyyəsində qarşılıqlı səfərlər, müntəzəm görüşlər, müxtəlif beynəlxalq platformalarda birgə iştirakla yadda qalıb. Bütün bunlar isə ölkələrimizin birliyi və həmrəyliyinin daha da güclənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına imkan yaradır.

 

Hörmətli həmkarlar.

Şübhəsiz ki, ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşdirilməsində türk əməkdaşlıq təşkilatlarının hər biri əvəzsiz rol oynayır. Bu təşkilatların ən böyük xüsusiyyəti ondan ibarətdir ki, onlar ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirir.  

Gün keçdikcə təşkilatlarımızın hər birinin fəaliyyəti daha da güclənir və əhəmiyyəti daha da artır. Bu isə, əlbəttə ki, bizim ümumi işimizə olduqca böyük fayda verir. 

Hətta vurğulamalıyam ki, bu təşkilatları ölkələrimizin çoxtərəfli fəaliyyətinin mərkəzinə qoymalı, onların daha da güclənməsi üçün bütün zəruri addımları atmalıyıq.

 

Hörmətli həmkarlar.

Bu gün beynəlxalq miqyasda parlamentlərin, parlament diplomatiyasının rolu getdikcə artır. Parlamentlərimizi eyni çətir altında birləşdirən Türk Dövlətləri Parlament Assambleyası da bu mənada xüsusi əhəmiyyət daşıyır. Ötən il 15 illiyini qeyd etdiyimiz TÜRKPA yalnız qanunvericilik sahəsində praktiki əməkdaşlığı, təcrübə mübadiləsini və birgə fəaliyyəti ehtiva etmir. O həm də beynəlxalq aləmdə ortaq mövqeyimizin  nümayiş etdirilməsi, ölkələrimizin maraqlarının müdafiəsi baxımından vacib mexanizmdir. Bir sıra beynəlxalq parlament təşkilatlarında mövcud olan ikili standartlar, qərəzli yanaşmalar fonunda bu məsələ daha da böyük aktuallıq kəsb edir. 

TÜRKPA eyni zamanda, parlamentlərimizin əməkdaşlığını yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir.

Sevindirici haldır ki, təşkilat dövrün tələblərinə və reallıqlarına uyğun olaraq, öz fəaliyyətini yeni məzmunla zənginləşdirir. Məsələn, 2019-cu ildə Bakıda keçirilmiş 9-cu plenar sessiyası çərçivəsində Gənc Parlamentarilər və Qadın Parlamentarilər qrupları yaradıldı. Cari ilin aprel ayında Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclası, may ayında isə Ankarada TÜRKPA-ya Üzv Parlamentlərin Müdafiə Komitələri Sədrlərinin Birinci İclası keçirildi. Bu gün həm regionumuzda, həm də qlobal səviyyədə baş verən prosesləri, mövcud olan çağırışları nəzərə alsaq, qardaş ölkə parlamentlərimizin bu sahələr üzrə əməkdaşlığının intensivləşdirilməsi labüddür.

Düşünürəm ki, ümumən, təşkilatımızın institusional inkişafı istiqamətində səylərimizi davam etdirməliyik.  

TÜRKPA-nın beynəlxalq əlaqələrinin genişlənməsi də təqdirəlayiqdir. Baş katib cənab Mehmet Süreyya Er təşkilatımızı beynəlxalq platformalarda layiqincə təmsil edir. 

Onu da nəzərinizə çatdırım ki, Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin cari ilin mart ayında Cenevrədə keçirilmiş üçüncü konfransında TÜRKPA-ya müşahidəçi statusu verilmişdir. Bu da təşkilatın fəaliyyət dairəsinin genişlənməsinə xidmət edir. 

 

Xanımlar və cənablar.

Bugünkü plenar iclasımız “Türk Dünyası üçün Yaşıl Üfüqlər: Yaşıl Gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunub. İqlim dəyişmələrinin qlobal səviyyədə ciddi problem kimi ortaya çıxdığı bir dövrdə parlamentlərimizin bu mövzunu müzakirəyə çıxarması vaxtında atılmış addımdır.

Əlbəttə ki, TÜRKPA-nın Ətraf mühit, Təbii sərvətlər və Sağlamlığın qorunması Komissiyası bu məsələləri diqqət mərkəzində saxlayır. Lakin onu da nəzərə almaq lazımdır ki, artıq ölkələrimiz iqlim dəyişmələrinə qarşı mübarizədə milli, regional və qlobal səviyyədə ciddi təşəbbüslər irəli sürürlər. 

Digər tərəfdən də, ekoloji problemlərin həlli üçün birgə səylərin göstərilməsi niyyəti bəyan edilib və yaşıl enerji üzrə əməkdaşlığa dair ilkin addımlar atılmaqdadır. Bu səbəbdən, qeyd olunan istiqamətlər üzrə parlament dəstəyimizi artırmağımız zəruridir.

 

Hörmətli həmkarlar.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ötən ilin noyabrında Astanada keçirilmiş 10-cu yubiley Zirvə Görüşündə qəbul edilmiş Astana Aktının mühüm müddəalarından biri də ölkələrimizin qanunlarının yaxınlaşdırılması və model qanunların hazırlanması ilə bağlıdır. Bu mənada, TÜRKPA Katibliyinin növbəti ilin iş planına təmiz enerjiyə dair model qanunla bağlı fəaliyyətləri daxil etməsi olduqca təqdirəlayiqdir. 

 

Hörmətli həmkarlar.

Təmiz ətraf mühit və yaşıl inkişaf Azərbaycanın da gündəliyində mühüm yer tutur. Bu, ölkəmizin 2030-cu ilə qədər yeni inkişaf strategiyasının beş prioritet sahəsindən biri kimi müəyyən edilib. 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 

Son illərdə enerji təchizatında bərpa olunan enerjinin payının əhəmiyyətli dərəcədə artırılması istiqamətində mühüm addımlar atılıb. İki gün əvvəl Bakı Enerji Həftəsi çərçivəsində xarici tərəfdaşlarla birlikdə daha bir külək və iki günəş elektrik stansiyalarının təməli qoyulub. Bu da Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinin reallaşmasında mühüm rol oynayacaq.

Azərbaycan Respublikasının Milli Məclisi də ekoloji problemlərlə və iqlim dəyişmələrinə qarşı mübarizə sahəsində qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi üzrə işini davam etdirir. 

Qeyd olunan sahədə 25 qanun və məcəllə qəbul olunub. 2021-ci ildə isə parlamentimiz “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun qəbul edib. Ətraf mühit məsələlərinə dair mütəmadi olaraq təşkil olunan ictimai dinləmələr isə bütün maraqlı tərəflərin rəy və təkliflərinin qanunvericilikdə nəzərə alınmasına imkan yaradır.

 

Hörmətli həmkarlar.

Diqqətinizə çatdırım ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri də yaşıl enerji üzrə müəyyən edilmiş strateji baxışın diqqət mərkəzindədir. Təəssüf ki, ərazilərimizin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı həm də ekoloji terrorla müşayiət olunub. Ermənistan meşələrimizi qırıb, təbii sərvətlərimizi qeyri-qanuni istismar edib, torpağı və çayları çirkləndirib.

Bu gün həmin ərazilər Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yaşıl Enerji Zonası” elan edilib. Aparılan yenidənqurma və bərpa işlərində “ağıllı şəhər və ağıllı kənd”, “sıfır emissiya”, “sıfır tullantı” yanaşmaları tətbiq edilir, ekosistem bərpa olunur.

 

Hörmətli həmkarlar.

Bildiyiniz kimi, Azərbaycan yekdilliklə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a evsahibliyi edən ölkə kimi seçilib. Bu, ölkəmizin iqlim dəyişmələrinə qarşı mübarizədə göstərdiyi səylərin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və dəstəklənməsi deməkdir. Noyabr ayında Bakıda keçiriləcək bu tədbirdə Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizədə qlobal həmrəyliyin təşviqinə, gələcəyimiz naminə bütün tərəfləri ümumi məqsəd ətrafında birləşdirməyə çalışacaqdır.

Onu da qeyd edim ki, COP29 çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə Parlament Toplantısı da keçiriləcəkdir. 

Bu toplantı iqlim dəyişmələrinə qarşı mübarizədə parlamentlərimizin oynaya biləcəyi rola və ata biləcəyi addımlara dair fikir mübadiləsi aparmağa imkan verəcəkdir. Biz sizlərin hamınızı bu toplantıda görməyə şad olacağıq.    

 

Hörmətli həmkarlar, 

Əziz dostlar. 

Sonda 13-cü plenar iclasımızın işinə uğurlar arzulayır və diqqətinizə görə təşəkkür edirəm.








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031