Xəzər Neft və Qaz Sərgisi ilə dəstəklənən Azərbaycanın enerji ehtiyatları

Image



Azərbaycan, zəngin neft və qaz ehtiyatları ilə tanınan bir ölkədir. Bu ehtiyatlar ölkənin iqtisadiyyatının əsasını təşkil edir və onun müstəqil iqtisadi inkişafına böyük töhfə verir. Bu ehtiyatlar ölkəyə önəmli maliyyə gəlirləri gətirir və enerji sektorunun inkişafına yönəlmiş bir çox layihəni dəstəkləyir. Bununla yanaşı, bu resurslar ölkənin enerji təhlükəsizliyini təmin etmək və daxili tələbatı ödəmək üçün əhəmiyyətli rola malikdir.  Həm neft, həm də qaz ehtiyatları Azərbaycanın enerji sənayesini diversifikasiya etmək və ölkəni enerji liderləri arasında mövqeyini möhkəmləndirmək üçün əhəmiyyətli imkanlar təmin edir. Bu ehtiyatlar Azərbaycanın iqtisadiyyatının dövriyyəsini təmin edir və ölkənin beynəlxalq iqtisadiyyatda mövqeyini gücləndirir.

Azərbaycanda və regionda ən nüfuzlu neft və qaz sərgilərindən biri Xəzər Neft və Qaz Sərgisidir. Bakı şəhərində keçirilən sərgi neft və qaz sektorunun nümayəndələri və beynəlxalq təşkilatlar arasında əlaqələrin qurulmasını təmin edən bu platforma dünyanın ən böyük neft və qaz layihələrini və texnologiyalarını təqdim edir. Sərgi enerji sektorunun lider şirkətləri, neft və qaz istehsalçıları, müxtəlif enerji texnologiyaları və xidmətləri təklif edən şirkətlər, mühəndislik və müşahidə şirkətləri kimi bir çox sahibkar və mütəşəkkil təşkilatları bir araya gətirir. Həmçinin, sərgi zamanı neft və qaz sektorunun inkişafı üzrə konfranslar və seminarlar da baş tutur. Xəzər Neft və Qaz Sərgisi həm Azərbaycan, həm də bu sektorda fəaliyyət göstərən şirkətlər üçün əhəmiyyətli bir hadisədir və iqtisadiyyatın inkişafında və beynəlxalq əlaqələrin gücləndirilməsində vacib bir rol oynayır.

Bildiyimiz kimi, cari ilin iyun ayında keçirilən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxış etmişdir. Ölkə başçısı çıxışında Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlərdən, müstəqilliyin ilk illərindəki gərgin vəziyyətdən və gələcək perspektivdən söz açdı. Müstəqilliyinin ilk illərində Azərbaycan siyasi xaos, müharibə, iqtisadi zəiflik və humanitar böhranlarla üz-üzə qalmışdı. Ancaq ən böyük problemlərdən biri enerji böhranı idi. Sovet İttifaqının dağılması ilə birlikdə, Azərbaycanın neft və qaz ehtiyatlarına olan marağı artmışdı. Lakin bu ehtiyatlar, SSRİ dövründə mərkəzi idarəetmə sistemi ilə idarə olunduğu üçün, yeni müstəqillik qazanmış ölkələrin müstəqil enerji siyasəti yaratmaqda müdrik olmadığı bir dövrdə, öz əhəmiyyətini tam əldə edə bilməmişdi. Həmçinin, müstəqil enerji infrastrukturlarının inşası və neft-qaz sənayesinin modernləşdirilməsi üçün lazımi maliyyə resursları və texniki bilik kifayət qədər mövcud deyildi. Bu vəziyyət Azərbaycanı enerji böhranına sürüklədi. Enerji tədarükçüsü kimi strateji təhlükəsizlik, daxili sabitlik və regionun mübahisəli bölgəsi olması, ölkənin neft və qaz sektorundakı potensialını tam olaraq reallaşdırmağa imkan vermədi. 

Heydər Əliyev Azərbaycanın enerji sənayesinin inkişafında və neft-qaz ehtiyatlarının məhsuldar istifadəsində əsaslı bir rol oynamışdır. Onun liderliyi, ölkənin enerji sənayesini dünya bazarlarında tanıtmaq üçün müvəffəqiyyətli tədbirlərə səbəb olmuşdur.  Azərbaycanın neft və qaz sahəsində daxili və xarici iqtisadi dəyişikliklərinin əsasını qoyan əhəmiyyətli bir hadisə Əsrin müqaviləsi oldu. Bu müqavilə, Azərbaycan hökuməti ilə beynəlxalq neft şirkətləri arasında imzalanmış və Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsi və ixracı üzrə layihələrin inkişafını təmin edən məsuliyyətləri özündə əks etdirir. Əsrin müqaviləsi, Azərbaycanı beynəlxalq neft və qaz bazarlarında aparıcı bir aktor halına gətirdi. Əsrin müqaviləsi, Azərbaycanın enerji sənayesinin modernləşdirilməsində və ölkənin iqtisadi inkişafında dönüş nöqtəsi oldu. Bu müqavilə ilə Azərbaycan, neft və qaz ehtiyatlarını xarici investisiyalar və beynəlxalq əməkdaşlıq vasitəsilə məhsuldar şəkildə işləməyə qabiliyyət qazandı. Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyev Azərbaycanın enerji siyasətini inkişaf etdirərək şaxələndirdi və ölkəni bir enerji tədarükçüsü kimi mövqeyini genişləndirdi. Bu siyasət, Azərbaycanın iqtisadiyyatını müstəqil bir vəziyyətdə saxlamağı, enerji təhlükəsizliyini təmin etməyi və regionun enerji münasibətlərində daha böyük bir rol oynamağı özündə əks etdirir. Həyata keçirilən düzgün siyasət nəticəsində Azərbaycan öz enerji ehtiyatları ilə Avropanın etibarlı tərəfdaşına çevrilib. 

 

Şəbnəm Eldarova,

Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlilivə proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031