Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib VİDEO/FOTO

Image

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində cari ilin müvafiq dövründə görülən işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan hesabat iclası keçirilib.

Agentliyin akt zalında keçirilən iclası giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.

Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində heç şübhəsiz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun olaraq qətiyyətlə və ardıcıllıqla gerçəkləşdirilən mükəmməl strategiya və uğurlu xarici və daxili siyasətin dayandığını qeyd edib.

İdarə Heyətinin sədri prezident İlham Əliyevin birbaşa tapşırıq və sərəncamları əsasında respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirildiyini və bir sıra nailiyyətlər əldə edildiyini qeyd edib.

44 günlük Vətən müharibəsində qazandığımız qələbənin Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yenilədiyini, milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qisminin Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə etdiyini və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışdığını qeyd edən Saleh Məmmədov bildirib ki, cənab Prezidentimiz İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən bu yol infrastrukturu quruculuğu işləri modern səviyyədə reallaşır. 

İclasda çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov ölkə başçısının müvafiq Sərəncamı əsasında yol infrastrukturuna xidmət göstərilməsi və infrastrukturun möhkəmləndirilməsi üçün yeni alınan maşın-mexanizmlər, həmçinin istismarda olan yol texnikaları üçün alınmış ehtiyat hissələri barədə məlumat verib. Qeyd edilib ki, yol təsərrüfatının müxtəlif sahələrində - istismar, təmir, inşaat işlərinin görülməsi üçün nəzərdə tutulan bu texnikalar respublika ərazisində yol layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə cəlb olunub. Ehtiyac yarandıqca da yeni texnikaların alınması istiqamətində işlər davam etdiriləcək.

Daha sonra çıxış üçün söz Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizova verilib. Kamran əzizov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-2026-cı illər ərzində 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulduğunu, bu layihələrdən 7-nin tikintisinin artıq başa çatdığını, proqrama əsasən digər avtomobil yolları layihələrinin 2026-cı ilədək başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib.

Ölkə başçısının rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 19-da lokal antiterror tədbirləri nəticəsində azad olunmuş ərazilərdə 7 avtomobil yolları üzrə tikinti işlərinə artıq start verildiyini qeyd edən Kamran Əzizov bildirib ki, ölkə başçısının müvafiq Sərəncamlarına uyğun olaraq işğaldan azad olunmuş şəhər ərazilərində yerləşən küçə və yolların layihələndirilməsi və yenidən qurulması işlərinə başlanılıb. 

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən cari ilin beş ayı ərzində ümumilikdə 70,5 min nəfər əhalinin yaşadığı 68 yaşayış məntəqəsini birləşdirən 263,1 km uzunluğa malik 10 kəndlərarası avtomobil yolu layihəsinin icrası davam etdirilib. Bununla yanaşı paytaxt Bakı ərazisində də vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, həmçinin nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən tikinti və təmir işləri davam etdirilib. 

Sonda ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un keçirilməsi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov tədbirlərin operativ icrasını təmin etmək üçün lazımi addımlar barədə müvafiq tapşırıq və tövsiyələrini verib.

YOLUNUZ AÇIQ OLSUN...









XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031