SABAH qruplarında magistratura səviyyəsi üzrə təhsil almaq istəyən bakalavrların qeydiyyatı başlayır
SABAH qruplarında
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, bakalavrlar müvafiq ixtisaslaşmaları seçmək üçün iyunun 14-ü saat 12:00-dək ali təhsil müəssisələrində yaradılan komissiyada müsahibədən keçməlidirlər. Bununla bağlı
Vurğulanıb ki, müsahibədə uğur qazanmış bakalavrlara magistraturaya qəbul üçün elektron ixtisaslaşma seçimi ərizələrində digər ixtisaslaşmalarla yanaşı, SABAH qruplarına aid də müvafiq ixtisaslaşmaları seçmək imkanı veriləcək.
Xatırladaq ki, bakalavrlar SABAH qruplarının müsahibəsində iştirak edib-etməmələrindən, uğur qazanıb-qazanmamalarından asılı olmayaraq, magistraturaya qəbul olmaq üçün DİM-in elan etdiyi müddətdə elektron ixtisaslaşma seçimi prosesində iştirak etməlidirlər.