Minifutbol üzrə Azərbaycanın millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında çıxışını davam etdirir.
Minifutbol üzrə Azərbaycanın millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında çıxışını davam etdirir.
“Gununxeberi.az ” xəbər verir ki, yığmamız bu gün 1/4 final oyununa çıxacaq.
Elşad Quliyevin yetirmələri yarımfinala vəsiqə uğrunda Qazaxıstanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, qrupda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edən yığmamız 1/8 finalda Bolqarıstanı üstələyib - 3:1.
Avropa çempionatı
1/4 final
19:00. Azərbaycan – Qazaxıstan
Sarayevo, Bosniya və Herseqovina