Azərbaycan Tibb Universitetində Qol güləşi üzrə universitetlərarası turnir keçirilib
Azərbaycan Tibb Universitetində 4-27 may tarixlərində ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında Müstəqillik Gününə həsr olunmuş “Zəfər Festivalı - 2” adlı müxtəlif idman növləri üzrə yarışlar keçirilib. Silsilə tədbirlər çərçivəsində may ayının 25-də Azərbaycan Tibb Universitetinin və Azərbaycan Qol Güləşi Federasiyasının birgə təşkilatçılışı ilə Qol güləşi üzrə universitetlərarası turnir təşkil olunub. WAF prezidentinin müşaviri, AQGF prezidenti Cəsarət Əhmədov tədbirin açılış mərasimində çıxış edib.