Daşkəsəndə “Təmiz Daşkəsən” ekoloji layihəsinin icrasına başlanılıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, “Regional
İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində “Təmiz Daşkəsən” ekoloji layihəsinin icrasına başlanılıb.
5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “Yaşıl
dünya naminə həmrəy olaq!” şüarı ilə təşkil edilən layihə çərçivəsində QSC-nin
əməkdaşları və RİİB-in könüllüləri Kiçik Qafqazın ən böyük su hövzələrindən biri
olan Qoşqarçayın Daşkəsən rayonunun Quşçu kəndindən keçən hissəsində təmizlik
aksiyası keçiriblər. Aksiya iştirakçıları tərəfindən çayın sahilləri boyu, təqribən 2
hektara yaxın meşə ərazisi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər
tərkibli tullantılardan təmizlənib. Yığılmış tullantılar çeşidlənərək, təkrar emala
yönəldilib. Həmçinin Quşçu kəndində ağaclardan ekoloji təmiz boya ilə
rənglənmiş quş yuvaları asılıb.
Qeyd edək ki, “Təmiz Daşkəsən” ekoloji layihəsində əsas məqsəd
“AzerGold” QSC-nin hasilat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunda ətraf
mühitin mühafizəsi, biomüxtəlifiyin qorunması, məişət tullantılarının bölgənin
flora və faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir. Bu
məqsədlə cari il ərzində “Təmiz Daşkəsən” ekoloji layihəsi çərçivəsində
rayonunun müxtəlif ərazilərində bu tip aksiyaların təşkili davam etdiriləcək.