Respublika Gənclər Kitabxanasının əməkdaşları görkəmli şair Mikayıl Müşfiqin abidəsini ziyarət ediblər
Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, görkəmli şair
Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.
Mikayıl Müşfiq Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, klassik ədəbi ənənələrdən
layiqincə bəhrələnərək bənzərsiz poetik nümunələr yaradan nadir istedadlı şairlərdəndir. Onun
milyonlarla insan tərəfindən sevilərək oxunan “Yenə o bağ olaydı”, “Oxu, tar” və digər şeirləri poeziya
xəzinəsinin inciləri sırasındadır.
Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da repressiya dövründə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali
Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl İsmayılzadə bəraət qazanıb. Xatirəsini
əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbə, məktəb, küçə və meydanlardan birinə onun adı
verilib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları görkəmli şair Mikayıl Müşfiqin
anadan olmasının 116-cı ildönümü münasibətilə ədibin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri
düzmüşlər.
Kitabxananın sosial şəbəkə hesablarında görkəmli şairin kitabxananın fondunda olan kitablarından ibarət
paylaşımlar edilib.