Respublika Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində tədbirlər davam edir
Bu gün dünyanın bir çox ölkələrində 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi
qeyd edilir. Bu günün təsis edilməsinin əsas məqsədi əhali arasında ekoloji şüurun
genişləndirilməsi, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldirilməsidir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi
çərçivəsində həyata keçirilən tədbirlər davam edir.
Kitabxananın rəsmi saytında (https://ryl.az/activity/yashil_dunya) “Yaşıl dünya naminə
həmrəylik ili” adlı elektron resurslar bazası yaradılıb. Bazada “Yaşıl dünya naminə həmrəylik ili”
ilə əlaqədar internet məkanında dərc edilən materiallar toplanılır. Elektron resurslar bazasında
“Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “525-ci qəzet” kimi internet portallarında yer alan
“Təmiz gələcəyə doğru inamlı addımlar”, “Azərbaycan yaşıl dünya uğrunda öncüllərdəndir”,
“Azərbaycanın "yaşıl enerji" hədəfləri: dünya ekologiyası üçün yeni fürsətlər”, “Qlobal çağırışlar,
etibarlı tərəfdaşlıq” kimi 100-ə yaxın məqalənin tam mətni yer alır. İstifadəçilər işlək keçidlər
vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik” adlı
ənənəvi sərgi təşkil edilib. Sərgidə mövzu ilə əlaqəli kitablar, dövri mətbuat materialları və
kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Yaşıl dünya naminə həmrəylik ili”
adlı biblioqrafiq icmal sərgilənməkdədir.