“Kitabxanaya kitab hədiyyə edirik” layihəsi davam edir

Image


 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” layihəsinə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, yazıçı-publisist Şövkət Zərin Horovlu kitablar hədiyyə etdi.

“Arazdan gələn səslər” romanı müəllifin ən böyük nəsr əsəridir. Adından göründüyü kimi əsəri oxuduqca evlərindən, yurd- yuvalarından didərgin düşmüş insanların Araz çayı üzərində Xudafərin körpüsündən qaçıb canlarını qurtaran zaman çəkdikləri fəryadların səsini duymaq olur. Romanda erməni vəhşiliyi, xalqımızın çəkdiyi əzab-əziyyətlər əks olunur. Müəllif erməni vəhşiliyi ilə azərbaycanlı humanistliyini də müqayisə edir. 

        Əsərdə müharibənin xalqımıza zərbə vurduğunu görürük. Qumralla Fuadın sevgisinin yarımçıq qaldığı, Fuadın həlak olmasından sonra Qumralın ayrılığa dözə bilməyib həyatına son qoyması ürək sızıldadır.

        Əsər ordumuzun Zəfər marşı çalınana qədər mübarizə aparmaq inamı ilə bitir.

        “Axırıncı gediş” kitabında müəllif öz yurdlarından, Vətənindən didərgin düşən qaçqın-köçkün həyatı yaşayan insanların həyatından bəhs edir. 1905-1911-ci illərdə İranda baş verən Səttərxan məşrutə inqilabından sonrakı hadisələr, Əfqanıstan həyatı, mətin insanların dostluğu əks olunur. Əfqanıstanda əzab əziyyətlər içərisində yaşayan Əbdülqədir və onun oğlunun həyatı, həyatın bir çox məşəqqətlərindən keçən insanların dostluğu verilir. Mirzə Cəlalədinin mübarizəsi, maraqlı həyat hekayəsi oxuculara çatdırılır.

Müəllif romanda Əfqanıstanda hüquqsuz cəhalətin qurbanı olan Səriyyə, Şiringül, Xumnara kimi qadınların acınacaqlı həyatını qələmə alır. Rustəm və Mahmud adlı gənclərin həyata baxışları sadə dildə təqdim olunur. Yazıçı faciəli sonluqla başa çatan insan ömürlərini, tarixi köklərimizi, mühacir həyatı yaşayaraq yurdlarından, yuvalarından didərgin düşən dədə-babalarımızın yurd nisgilini, Vətən həsrətini qələmə alır.

 

 

        “Ürəyim dan yeridir” kitabı Qarabağ müharibəsi mövzusuna, Azərbaycanın ərazi bütövlüyünə həsr olunub. “Yığam od sinəmə Azərbaycanı” bölməsinə daxil olan şeirlərdə şair Vətənə, keçmiş günlərə olan həsrətindən söz açır. Bunun bəlkə də qocalıqdan gələn bir giley olduğunu vurğulayır. “Gedək bizim ellərə” şeirində baba yurdunu görməyən qızına oranın gözəlliklərindən bəhs edir.

“Bu axşamın qəribliyi” bölməsinə daxil olan şeirlər də maraqlıdır.  “Qar çiçəyi” bölməsində qızıl rəngli payızdan, ağ örpəyə bürünmüş qışdan, xoş ətirli, gül-çiçəkli bahardan, bol günəşli naz nemətli yaydan bəhs edir.  

      Müəllifin  “Köynək” romanı erməni vəhşiliyinə, erməni faşizminə nifrət oyadan bir romandır. Milli-mənəvi dəyərlərimizi qoruyub saxlayan, dostluqda, sədaqətdə etibarlı el ağsaqqalı Nəbinin timsalında azərbaycanlı kişilərinin mərdliyindən danışılır. Romanda göstərilir ki, Sumqayıt hadisələri ermənilərin xüsusi ssenarisi ilə baş vermişdir. Qarabağın işğalına açılan yol  sumqayıtlı ermənilər tərəfindən törədilən qırğından başlanır.                                                                                                              

“Babam əyri yeriyir” kitabı uşaqlara Vətən sevgisini, onun təbiətini, tarixini, mədəniyyətini sevməyi aşılayır. “Üçüncü vaqon” şeirində nənə və nəvənin öz torpaqlarından didərgin düşərək vaqonda məskunlaşması əks olunur. “Çadırdan da ev olar” şeirində balaca Əhməd öz yurdlarından didərgin düşüb çadırda məskunlaşır və doğma yurdun bulaqlarını, dağlarını, yaşıl çəmənlərini yada salır.

“Yeddinci sevinc” kitabı rəngarəng səhifələri ilə uşaqların diqqətini cəlb edir. “Yaz gəlib”, “Yay ömrünü bölüşür” şeirlərində müəllif fəslillərin əsas xüsusiyyətlərini əks etdirir. “Quş dili", "Darıxmağa qoymur bizi", "Qarışqa dostluğu", "Əlifbanı sevirəm" şeirləri uşaqlarda məntiq və təfəkkürün formalaşmasında xüsusi rol oynayır. “Şam üstündən atılıram” şeirində isə Novruz bayramından, səmənidən, həyətlərdə tonqal qalanmasından bəhs edilir.

Oxucular kitablarla Yasamal rayon MKS-nin kitabxanalarında tanış ola bilərlər

 

 








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031