Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşinin sədri ilə görüşüb

Image



 

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Əvvəlcə Joqorku Keneşin sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra o, Milli Məclisdə Heydər Əliyev Muzeyində olub və Xatirə kitabını imzalayıb.

Görüşdə xalqlarımızın ortaq tarixinin, mədəniyyətinin, dil və dininin ölkələrimiz arasında əlaqələrin əsasını təşkil etdiyi qeyd olunaraq, bildirilib ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr məhz bu möhkəm təməl üzərində qurulub. Vurğulanıb ki, ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olub. Bu illər ərzində dövlətlərimiz arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma prinsipləri əsasında davamlı inkişaf edib və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi dialoq iki ölkə arasında əlaqələrin dinamikasına çox mühüm təsir edir.

Görüşdə  Azərbaycan-Qırğızıstan münasibətlərində qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri xüsusi qeyd olunub.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etmələrindən razılıq ifadə olunub. O cümlədən, qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıqda xüsusi əhəmiyyətə malikdir. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki proqram xarakterli çıxışında Azərbaycanın qarşısında duran vəzifələrdən danışarkən, bizim Türk dünyasından başqa ailəmizin olmadığını bildirib.

Görüşdə qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub və bu əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, deputatlarımızın müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində daimi təmasları bu əməkdaşlığın inkişafına mühüm təkan verir. Bu mənada parlament komitələri, dostluq qrupları arasındakı əlaqələrin önəminə diqqət çəkilib.

Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev 28 May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıb.

O, ötən il Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər etdiyini xatırladaraq, Ulu Öndərin bütün Türk dünyasının qüruru olduğunu və bu tədbirdə iştirak etməklə dahi liderin xatirəsinə hörmət və ehtiramlarını ifadə etdiklərini söyləyib. Nurlanbek Şakiyev bu kimi tədbirlərin yalnız parlamentlər deyil, xalqlarımız arasında da münasibətlərin inkişafına töhfə verdiyini bildirib.

O, qarşılıqlı səfərlərin, deputatlarımız arasında təmasların ikitərəfli əlaqələrin, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Nurlanbek Şakiyev deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi kökləri olan dostluq münasibətlərinin inkişaf etdirilməsi xalqlarımızın maraqlarına uyğundur. Joqorku Keneşin sədri parlamentlərimizin beynəlxalq platformalarda  qarşılıqlı dəstəyinin davam etdirilməsi, birgə təşəbbüslərin irəli sürülməsi ilə bağlı fikirlərini bölüşüb. 

Söhbət zamanı Milli Məclisin sədri  qonağa regiondakı vəziyyət haqqında məlumat verib. O, Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından qurtarmasından, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən söz açıb, ölkəmizin regionda sülhün əldə olunması istiqamətində atdığı addımlar və irəli sürdüyü təşəbbüslərdən, sülh sazişinin imzalanması istiqamətində görülən işlərdən danışıb, bəzi üçüncü tərəflərin regionda sülhün bərqərar olmasına törətdiyi əngəlləri diqqətə çatdırıb.

Sahibə Qafarova qonaqların sabah Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə - Füzuli və Şuşa şəhərlərinə səfəri zamanı işğal dövründə Ermənistan tərəfinin törətdiyi dağıntılarla və Azərbaycanın azad edilmiş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olacaqlarını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

   

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031