XXI Əsr Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Xeyriyyə Sərgisi” təşkil olunub.
XXI Əsr Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Xeyriyyə Sərgisi” təşkil olunub.
“Gununxeberi.az xəbər verir ki, 31 may 2024-cü il tarixində “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi”ndə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Xeyriyyə sərgisi” keçirilib.
Sərgidə Mərkəzdə təhsil alan şagirdlər tərəfindən hazırlanmış tətbiqi sənət nümunələri, o cümlədən rəsm əsərləri, toxuculuq və rəngkarlıq məhsulları nümayiş olunub. Nümayiş etdirilən əl işləri sərgini gəzən valideynlər, Mərkəzin əməkdaşları və digər qonaqlar tərəfindən satın alınıb.
Sərginin ardınca iyun ayının 1-də ixtioz və immunodefisit xəstəliklərindən əziyyət çəkən uşaqlarla görüş keçirilib və şagirdlərin əl işlərinin satışından əldə olunan vəsait həmin uşaqların müalicə xərclərinə kömək məqsədilə “Yaşama dəstək” mərkəzinə ianə olunub.
Görüşdə ixtioz və immunodefisit xəstəliklərindən əziyyət çəkən uşaqlarla yanaşı onların valideynləri də iştirak edərək göstərilən dəstək üçün minnətdarlıqlarını bildiriblər.