Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinə BAXILIR - YENİLƏNİB
Konstitusiya Məhkəməsinin hakimləri müşavirəyə gediblər.
Gununxeberi.az-ın məlumatına görə, müşavirədən sonra seçkilərlə bağlı qərar açıqlanacaq.
***
15:04
Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası keçirilir.
Modern.az xəbər verir ki, iclasda Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılır.
Toplantıda Konstitusiya Məhkəməsi sədri, hakimlər, Mərkəzi Seçki Komissiyasının üzvləri iştirak edir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.
Xatırkadaq ki, Milli Məclisə növbədənkənar seçkilər sentyabrın 1-də 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib.
Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb və bütün dairələr üzrə lider namizədlər müəyyənləşib.
Sentyabrın 16-da seçkilərin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Sənəd ardınca Konstitusiya Məhkəməsinə göndərilib.