Abşeron rayonunda şəhidlərimiz anım günlərində yad edilib-Fotolar

Image




Şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra 2022-ci il 13-14 sentyabrında düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan igidlərimizin, o cümlədən 2023-cü il 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror əməliyyatları zamanı canlarını vətən üçün fəda edən qəhrəmanlarımızın anım mərasimləri keçirilib. Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib. 

Gununxeberı.az xəbər verir ki,Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Nicat Qarazadənin, Nəzər Əzizovun, Azər Məmmədovun, Firuz Əhmədovun, Hüseyn Nəcəfzadənin və antiterror əməliyyatları şəhidləri Murad Arzullayevin, Vüqar Eyvazovun, Qiyas Manafovun və Ramil Rəhimovun ailə üzvləri ilə birgə məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, üzərlərinə çiçəklər düzərək xatirələri ehtiramla yad edilib. Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanılıb, RİH tərəfindən şəhidlərimizin ruhlarına ehsan süfrələri açılıb.

Şəhid ailələri ilə görüşdə RİH başçısı Abdin Fərzəliyev düşmən üzərində qazanılan şanlı qələbədən danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə xalqımızın 30 illik vətən həsrətinə son qoyulub. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarından sonra Azərbaycanımızın ərazi bütövlüyünün tam təmin olduğunu qeyd edən RİH başçısı işğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb. 

Şəhid ailələri də öz növbələrində çıxış edərək bildiriblər ki, hər il sentyabrın 20-nin Respublikamızda Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqında Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq sərəncamın imzalanması vətən üçün şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza növbəti etiramdır. Şəhid ailələrinə daim diqqət və qayğının göstərildiyini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini qeyd edən ailələr bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Gununxeberı.az 








XƏBƏR LENTİ

21.09.2024 | 17:30
VII çağırış Milli Məclisin deputatlarının SİYAHISI

21.09.2024 | 17:17
Bu gün Konstitusiya Məhkəməsinin iclasında parlament seçkilərinin nəticələri təsdiq edilib.

21.09.2024 | 16:57
Qarabağdakı faydalı qazıntı yataqları ilə bağlı QƏRAR

21.09.2024 | 16:54
Xaricdən dələduzlar zənglər edirlər - DİN-dən vətəndaşlara MÜRACİƏT

21.09.2024 | 16:50
Ombudsman ABŞ Konqresinin açıqlamalarını pislədi

21.09.2024 | 16:43
Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinə BAXILIR - YENİLƏNİB

21.09.2024 | 16:40
Baş nazir iki qoruğun Əsasnaməsini təsdiqlədi

21.09.2024 | 16:22
Prezident Sərəncam imzaladı

21.09.2024 | 16:18
YAXŞI Kİ YAXŞILAR VARMIŞ DÜNYADA

21.09.2024 | 16:04
Abşeron rayonunda şəhidlərimiz anım günlərində yad edilib-Fotolar

21.09.2024 | 13:40
Ordumuzun irəli getməsi xalqlmız tərəfindən böyük rəğbətlə qarşılandı

21.09.2024 | 13:37
Hüseyn Əliyev: “Ölkə başçımızın Qarabağ Universitetinə ziyarəti tarixi əhəmiyyətə malikdir”

21.09.2024 | 13:35
Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma"nı təsdiq etdi

21.09.2024 | 13:33
Zehinlərdə silinməz iz qoyan görüş

21.09.2024 | 13:30
Ərdoğanın vəzifəsini bu şəxs icra edəcək

21.09.2024 | 13:17
Qarabağ Universiteti bölgənin inkişafına böyük təkan verəcək

21.09.2024 | 13:08
Xəzərdə 300 min manatlıq qaçaqmal aşkarlandı

21.09.2024 | 13:02
Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb-Fotolar

21.09.2024 | 12:35
Aqiyə Naxçıvanlı: “Qarabağ Universiteti Azərbaycan xalqına möhtəşəm hədiyyədir”

21.09.2024 | 12:29
Azərbaycan nefti cüzi ucuzlaşdı

21.09.2024 | 12:28
Prezident maltalı həmkarını təbrik etdi

21.09.2024 | 12:23
Rusiyalı nümayəndələr MN-nin Hərbi Polis İdarəsini ziyarət ediblər - VİDEO

21.09.2024 | 12:13
Milli Kitabxanada “Akademik Nizami Cəfərov-65” adlı elektron məlumat bazası və “Akademik Nizami Cəfərov” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub-Fotolar

21.09.2024 | 11:25
Rusiyanın silah anbarının partladılma anı - Video

21.09.2024 | 11:17
Milli Kitabxanada “21 Sentyabr - Beynəlxalq Sülh Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub-Fotolar

21.09.2024 | 10:30
İnsanlığın akademiki

21.09.2024 | 10:26
AYB-dən Elza Seyidcahana xəbərdarlıq

21.09.2024 | 10:24
Sumqayıt-Bakı elektrik qatarında NƏ BAŞ VERİR?

21.09.2024 | 10:21
"Neftçi"nin nəticələri məni də məyus edir" - Qurban Qurbanov

21.09.2024 | 10:18
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək

21.09.2024 | 10:13
Xətai rayonunda su kəsiləcək

21.09.2024 | 10:00
Səhnədə halı pisləşən müğənni vəfat etdi

21.09.2024 | 09:36
Xankəndidə ilk TOY - Tanınmış jurnalistin oğlu bu gün evlənir - Eksklüziv FOTOLAR

21.09.2024 | 09:34
Azərbaycanda zəlzələ baş verib 13

21.09.2024 | 09:33
Həmkəndlisinin evindən oğurluq edən Oğuz sakini saxlanıldı

21.09.2024 | 09:30
Bu gün Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin təsdiqlənməsinə baxacaq

21.09.2024 | 00:26
Futzal millimiz ikinci oyunda da məğlub OLDU

21.09.2024 | 00:05
Oxuculara Dövlət Suverenliyi Gününə həsr olunmuş məqalə təqdim olundu

20.09.2024 | 23:17
"Bu, bizi qürurlandırır" - Şahin Bayramov

20.09.2024 | 23:11
Prezidentin bugünkü çıxışının tam - Videosu

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30