“Formula 1 Azərbaycan Qran-Prisi bu dəfə də ən uğurlu idman tədbiri kimi tarixə düşdü”

Image



Formula 1 Azərbaycan Qran-Prisi növbəti dəfə uğurla yekunlaşdı. Azərbaycan digər yarışlarda olduğu kimi, Formula 1-də də yüksək təşkilatçılıq bacarığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. Formula 1 Azərbaycan Qran-Prisi bütün azarkeşlər üçün daha bir maraqlı mövsüm kimi tarixə düşdü. Formula 1-ə böyük marağın və yüksək tələbatın olduğu vaxtda budəfəki təqvim ənənəvi yarışlar ilə yeni və mövcud yarışlar arasında düzgün balans yaratdi. 

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə olan maraq gözləntiləri üstələdi. Belə ki, 13-15 sentyabr tarixlərində keçirilən yarışa bütün tribuna biletləri satıldı. Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının  8 tribunasına 2 yeni tribuna əlavə edilməsi, yarış tribunalarının ümumi tutumunun ötən ilə nisbətdə 35 faiz artırılması bu nüfuzlu idman tədbirinə marağın ilbəil artdığını təsdiqləyir.

Açılış mərasimi bu dəfə də milli koloriti ilə yadda qaldı. “Xan Qarabağ” xalçalarının sadə naxışları fonunda hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirirdi. Qaliblərə təqdim olunan kubok da milli üslubda dizaynı ilə diqqət cəlb edirdi. Rəsmi mükafat Qarabağ xalçalarının xarakterik naxışları əsasında hazırlanıb. Bu naxışlar həm zövq oxşayan gözəllik, həm də ölkənin köklü sənət və sənətkarlıq ənənələrini yaşatdığına işarədir.

Dizaynda istifadə olunan alov Azərbaycanın "Odlar Yurdu" kimi tanındığını və ölkəmizin idman sahəsindəki yüksək nüfuzunu vurğulayır.

Bütün formula 1 azarkeşləri bu dəfə də uzunluğu 6 kilometr olan Bakı şəhər halqası ilə sərgilənən yarışı böyük həyəcanla izlədi. Yarışlarla əlaqədar ölkəmizdə səfərdə olan  Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidentləri də Azərbaycanı idmana xüsusi diqqət ayıran ölkə kimi qiymətləndirdilər. Peşəkar idman mütəxəssisləri şəhər yarışlarını həm tribuna, həm də televiziya tamaşaçıları üçün unikal təcrübə kimi qiymətləndirirlər. Yarışın bu qədər yaxınlıqda keçməsi azarkeşlərlə emosional və vizual bağlılıq yaradır. 

Builki yarışlar böyük iqlim tədbiri - COP29 ərəfəsinə təsadüf etdi. Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalinin qeyd etdiyi kimi, Formula 1-in 2030-cu ilə kimi karbon tullantılarının sıfıra endirilməsi öhdəliyinin bir hissəsi kimi təqvimlərin davamlılıq əsasında tərtib olunması növbəti illərdə də davam edəcək.

Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Bu nüfuzlu idman tədbirinin ölkəmiz üçün bir çox faydaları var. 

Azərbaycanın dünyamiqyaslı layihədə payının olması, artıq altı dəfə peşəkar komandası ilə yarışları qüsursuz şəkildə keçirməsi beynəlxalq idman arenasında öz sözünü deməyi bacarması təqdirəlayiq haldır. Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran Prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib. Təsadüfi deyil ki, 2021 Formula 1 Azərbaycan Qran Prisi ABŞ-da son illər ən çox izlənilən avtoidman yarışı adına layiq görülərək həmin ilin Monako Qran Prisinin rekord izləyici sayını üstələmişdir.

500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula-1 yarışının Azərbaycanda keçirilməsi ölkənin turizm potensialının bütün dünyada təbliğ edilməsində müstəsna rol oynayır. 

F1 yarışları eyni zamanda iqtisadi cəhətdən cəlbedici və faydalıdır. Belə mühüm idman yarışına ev sahibliyi edən ölkınin gücü, dünyada nüfuzu, yüksək iqtisadi potensialı nəzərə alınır.  Məsələ burasındadır ki, heç də bütün ölkələrə bu yarışların təşkilinə icazə verilmir.

Yarışları izləməyə gələn xarici turistlərin sayında hər il artım müşahidə edilir. Məsələn, Bakıda keçirilən üçüncü Formula 1 yarışını izləməyə gələn əcnəbilərin sayında 2017-ci illə müqayisədə 31% artım olub. Bu tendensiya hər il artmaqda davam edir.

Nüfuzlu idman tədbirinin siyasi baxımdan əhəmiyyətinə gəlincə, Formula 1 Azərbaycan Qran Prisi Azərbaycanı dünyada tanıtmaq üçün ideal platformadır. İlk illərdə Bakıdakı möhtəşəm yarışı izləməyə gələn turistlər 78 ölkəni təmsil edirdisə,artıq bu rəqəm 100-ü ötüb. Bu o deməkdir ki, dünya ölkələrinin yarısından çoxu azarkeş kimi yarışlarda təmsil olunur. Bu isə Azərbaycan mədəniyyətinin, qonaqpərvərliyinin daha geniş auditoriyaya təqdimatıdır.

Üstəlik, artıq Azərbaycan dünya siyasi arenasında qalib ölkə kimi tanınır və bu il də qalib paytaxtda fərqli bir statusda Formula 1 Azərbaycan Qran Prisini başa vurduq. Avtoidmanın zirvəsi hesab olunan Formula 1 yarışlarını işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist paytaxta səfər edir. Bu dəfə də 300-ə yaxın media nümayəndəsi qlobal televiziya izləyicisi 1.55 milyard olan Formula 1 yarışlarını işıqlandırdı. Bunların 200-ə yaxını beynəlxalq jurnalistlər idi. Dünya media nəhəngləri Sky Sports, Motorsport, Canal+, Netflix, The Sun və sair bu sırada yer almaqla 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşdı.


Gununxeberı.az 







XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30