“Zamana sığmayan ömür” kitabının təqdimatı keçirildi

Image


Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə birgə xeyriyyəçi Arzu Fərəcovanın “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabının təqdimatını keçirdi.



Tədbirin əvvəlində tarixi Zəfər sevincini bizə bəxş edən, Vətən uğrunda canlarından keçən igid şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq, tədbir iştirakçılarını salamladı. O çıxışında qeyd etdi ki, xeyriyyəçi Arzu Fərəcovanın müəllifi və Dilarə Ağamusa Nağıyevanın elmi redaktoru olduğu “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabı Azərbaycanın birinci xanımı, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyinə həsr olunub. 85 bölmədən ibarət olan kitab Mehriban xanımın Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə çoxşaxəli fəaliyyətini əks etdirir. Kitabın müəllifi xeyriyyəçi Arzu Fərəcova şəhid və qazi  ailələrini  daim diqqətdə saxlayır. O, müəllifin cəsarətli olduğunu da vurğuladı.

Yazıçı-publisist, tarix üxrə fəlsəfə doktoru, kitabın elmi redaktoru Dilarə Ağamusa Nağıyeva 10 kitab və 5 sifarişli kitabın müəllifi olduğunu vurğuladı. O bildirdi ki, Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, gördüyü işlər zamana sığmır. D.Nağıyeva kitabın kitabxanalara paylanıldığını söylədi. 

BDU-nun hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımov çıxışında qeyd etdi ki, A.Fərəcova Mehriban xanım Əliyevanın fəaliyyətinin əksər istiqamətlərini kitabda əks etdirib. Mehriban xanım Əliyeva Azərbaycan təhsilinə, mədəniyyətinə yeniliklər gətirən şəxsiyyətdir. 

Bilgəh Ahıllar Evinin direktoru Samirə Mehdiyeva qeyd etdi ki, Mehriban xanımın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ahıllara diqqəti, qayğısı sərhədsizdir. 

“Xüsusi Təyinatlılar, Qazilər, Şəhid Ailələri və Vetereranları” İctimai Birliyinin Abşeron rayon şöbəsinin sədri Süleyman Cəfərov bildirdi ki, Mehriban xanım Əliyeva ilə görüşmüş insan kimi onun şəhid övladlarının təhsilinə dəstəyi, qazilərin sağlamlıqlarına qovuşması üçün əlindən gələn köməyi  etməsi hamının gözü önündədir.

İctimai xadim Hacı Quliyev qeyd etdi ki, Mehriban xanım Əliyeva ümumbəşər xanımdır. Onun fəaliyyəti haqqında saatlarla danışmaq, çoxsaylı kitab yazmaq olar. O, müəllifə yaradıcılıq uğurları arzuladı.

“Tərəqqi” medallı şair Nəsibə İsrafilqızı çıxışında həm müəllifi, həm də elmi redaktoru təbrik etdi. Mehriban xanım Əliyevaya ərmağan etdiyi “Mübarək qadın” şeirini səsləndirdi.

Tanınmış jurnalist, bir neçə saytın təsisçisi və baş redaktoru Kamran Orucov kitaba görə müəllifə minnətdarlığını bildirdi  və qeyd etdi ki, kitabdan geniş oxucu kütləsi faydalanacaq.

Biologiya üzrə fəlsəfə doktoru, dosent Günel Qasımova Arzu Fərəcovanın heç kimi diqqətdən kənar saxlamayan və xeyriyyəçi  olduğunu, ziyalı, yüksək dəyərlərə malik olan ailədə dünyaya gəldiyini diqqətə çatdırdı. O, kitabın maraqlı olduğunu qeyd etdi.

Şair Cığatel İsaqızı müəllifi təbrik edərək qeyd etdi ki, Mehriban xanım Əliyevaya “Azərbaycan gəlini” şeirini həsr edib.

Azərbaycanın ilk cüdoçu xanımı, “Fatehlər.az” İnformasiya Agentliyinin baş redaktoru Arzu Hüseynova A.Fərəcovanı təbrik etdi, yaradıcılığının davamlı olmağını arzuladı. O qeyd etdi ki, Mehriban xanımın idmana və idmançılara diqqəti böyükdür.

AYB-nin üzvü, bəstəkar Aybəniz Güllər Mehriban xanım Əliyevanı “Azərbaycanın anası” adlandırdığını vurğuladı və qeyd etd ki, yaradıcı insanlar Mehriban Əliyevaya sevgilərini qələmləri ilə, bəstələri ilə bildirir.

Tədbirdə çıxış edən yazıçı-dramaturq Elnurə Ayxan, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva, AYB-nin üzvü, yazıçı, hüquqşünas Lətifə Oruc, AJB və AYB-nin üzvü, yazıçı Raziyə Kamilqızı,  Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Aygün İmamverdiyeva müəllifi təbrik edərək qeyd etdilər ki, gənc tədqiqatçıların olmasına görə fəxr hissi keçirirlər, onların uğurlarının davamlı olmağını arzuladılar və bu cür kitabların yazılmasını vacib və zəruri olduğunu vurğuladılar.

Kitabın müəllifi, xeyriyyəçi Arzu Fərəcova tədbir iştirakçılarına  təşəkkürünü bildirdi. O qeyd etdi ki, Mehriban xanım Əliyevanın vətənpərvərliyi, humanistliyi, xeyriyyəçiliyi hər birimiz üçün örnəkdir. İstərdim ki, onun fəaliyyətindən hər birimiz bəhrələnək. 

Tədbirdə Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən yazıçı-publisist,  “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabının elmi redaktoru Dilarə Ağamusa Nağıyevaya kitabxananın Fəxri oxucusu Diplomu, kitabın müəllifi, xeyriyyəçi   Arzu Fərəcovaya isə kitabxananın Fəxri fərmanı təqdim edildi.

Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədovaya, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərovaya, şair Cığatel İsaqızına və b. Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin Diplomu təqdim olundu.

Bədii hissədə bəstəkar, müğənni Arif Səlimov Mehriban xanım Əliyevaya həsr etdiyi mahnını, müğənni Leyla Camal “Aşiqəm, kimə yalvarım?” mahnısını  ifa etdilər. 

Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.

Tədbirdə Azərbaycanın birinci xanımı, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 60 illik yubileyinə həsr olunmuş və “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)” kitabı haqqında videoçarxlar nümayiş olundu.

Videoçarxlara aşağıdakı linklərə keçid edərək baxmaq olar:

https://youtu.be/a8m9kISSyWw?si=y9bIBErfnNtiNqzL

https://youtu.be/_9DD_Y6NLgc?si=T-gafpCrWOMI5LQf

https://youtu.be/pGDRrw-RzkY?si=nkqWOPZDDbRMkO39

 

Gununxeberı.az 

 


 








XƏBƏR LENTİ

18.09.2024 | 21:04
Azərbaycanlı alimlərə medallar təqdim olundu - FOTOLAR

18.09.2024 | 21:01
"Qisas" əməliyyatından yeni GÖRÜNTÜ

18.09.2024 | 21:00
Livanda təkrar partlayışda ölən və yaralananların sayı artdı - FOTOLAR (YENİLƏNİB)

18.09.2024 | 20:56
Tam və qəti qələbəni təmin edən əməliyyat - AÇIQLAMA

18.09.2024 | 20:47
Azərbaycanlı bəstəkardan beynəlxalq arenada növbəti uğur — FOTO

18.09.2024 | 19:58
Niyazi Bayramov sakinləri dinlədi - Fotolar

18.09.2024 | 19:49
Hikmət Hacıyev Kəlbəcərə səfərlə bağlı paylaşım etdi - VİDEO

18.09.2024 | 19:03
Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - FOTOLAR

18.09.2024 | 19:02
Leyla Əliyeva Biləsuvarda yeni inşa edilən məktəbdə olub - Fotolar

18.09.2024 | 18:29
Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

18.09.2024 | 17:52
Nazir Rəşad Nəbiyev İraqın ticarət naziri ilə görüşüb

18.09.2024 | 17:51
Nazir Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırdı

18.09.2024 | 17:49
Heydər Əliyev Fondu ilə beynəlxalq İctimai Fond arasında memorandum

18.09.2024 | 17:38
MEK Milli Musiqi Gününə həsr olunmuş virtual sərgini təqdim edir

18.09.2024 | 17:00
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb

18.09.2024 | 16:44
“AzerGold” QSC-nin təşkilatçılığı ilə Daşkəsəndə keçirilən növbəti tibbi müayinə aksiyasına yekun vurulub

18.09.2024 | 15:20
Leyla Əliyeva "Kəpənək" uşaq bağçasının açılışında iştirak edib

18.09.2024 | 15:18
Allahşükür Paşazadə sabah Rusiyaya gedir

18.09.2024 | 14:35
Heydər Əliyev Fondu və "Zamin" Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

18.09.2024 | 14:30
Peskov: Kreml Paşinyanla qətiyyən razı deyil

18.09.2024 | 12:58
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

18.09.2024 | 12:43
Elmar Məmmədov: “Azərbaycan COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər zamanı 5 prinsipə diqqət yetirib”

18.09.2024 | 12:34
"Əsrin müqaviləsi"nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

18.09.2024 | 12:33
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi

18.09.2024 | 12:32
Noyabrda neçə gün iş olmayacaq?

18.09.2024 | 12:29
Tatarıstanda terrorçu qadınlar belə saxlanıldı

18.09.2024 | 12:25
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Prezidentin köməkçisi

18.09.2024 | 12:02
Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir

18.09.2024 | 11:56
Sabah Bakıda yağış yağacaq

18.09.2024 | 11:55
Dövlət Komitəsinin analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb - VİDEO

18.09.2024 | 11:55
Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

18.09.2024 | 11:53
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

18.09.2024 | 11:49
Kitabxanaya dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş məqalə təqdim olundu

18.09.2024 | 11:44
Şagirdləri təhsildən yayındıran müəllim işdən çıxarıldı

18.09.2024 | 11:42
Sabiq polis rəisi dünyasını dəyişdi

18.09.2024 | 11:40
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis olundu

18.09.2024 | 11:30
Konstitusiya Məhkəməsi gələn həftəyədək seçkilərə yekun VURACAQ

18.09.2024 | 11:27
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

18.09.2024 | 11:26
Əsas prospektlərdəki tıxacın səbəbi açıqlandı

18.09.2024 | 11:17
Respublika Gənclər Kitabxanasında akademik Nizami Cəfərovun 65 illik yubileyi ilə əlaqədar olaraq virtual kitab sərgisi hazırlanıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30