Respublika Gənclər Kitabxanasında 15 sentyabr - Bilik Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
Azərbaycanda 15 sentyabr tarixi “Bilik Günü” kimi təsis edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün “Bilik Günü” kimi qeyd olunur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Bilik Günü” ilə əlaqədar olaraq virtual və ənənəvi kitab sərgisi hazırlanmışdır.
Kitabxananın rəsmi saytıda https://ryl.az/multimedia/bilik-gunu yerləşdirilən “15 sentyabr - Bilik Günü” adlı materialda Ümummilli Lider Heydər Əliyevin şərəfli müəllimlik peşəsi haqqında söylədiyi dəyərli fikirlər, son illərdə ölkəmizdə təhsil sistemində aparılan islahatlar, Heydər Əliyev Fodunun dəstəyi ilə tikilən və yenidən bərpa edilən məktəblər, təhsil kompleksləri haqqında məlumatlar yer alır. Virtual kitab sərgisində “Heydər Əliyev Azərbaycan dili və azərbaycançılıq”, “Təhsilimiz dünəndən sabaha”, “Azərbaycan təhsili yeni inkişaf mərhələsində”, “Azərbaycan Xalq Cühuriyyətinin təhsil siyasəti”, “Azərbaycan məktəbi” kimi 15-də çox kitabın qısa annotasiyası, dövrü mətbuat vəqalələrindən nümunələr təqdim edilir.
Gununxeberı.az