Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

Image



Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 15-16-da paytaxtda Mərkəzi Asiyada Enerji keçidi üzrə ilk İnvestisiya Forumu keçiriləcək.

Gununxeberı.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, tədbirin təşkilatçısı nazirlik, eləcə də qurumun yanında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyidir (IRENA).

Forum, iqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğu nəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına və praktiki tədbirlərin həyata keçirilməsinə dəstək məqsədini daşıyır.

IRENA-nın baş direktoru Françesko la Kamera deyib: "Lazımi investisiyaların cəlb edilməsində ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, Mərkəzi Asiya bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üçün böyük potensiala malikdir. COP29 çərçivəsində enerji keçidinə dair Bakıda keçiriləcək İnvestisiya Forumu sərmayələrlə bağlı maneələri aradan qaldırmaq, maraqlı tərəflərin fəaliyyətlərini əlaqələndirmək və dünyanın diqqətini bu bölgədən olan layihələrə cəlb etmək üçün xüsusi olaraq hazırlanıb".

COP29-un prezidenti Muxtar Babayev əlavə edib: "Azərbaycan yaşıl enerji keçidinə sadiqdir və hazırda bərpa olunan enerji mənbələri sahəsində qonşu Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq qurulub. Enerji sistemlərinin birləşdirilməsi haqqında Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri arasında əldə edilmiş razılıq kimi təşəbbüslər bu əməkdaşlığın sübutdur. Biz inanırıq ki, dünya bu ilin noyabrında Bakıda bir araya gələndə COP29 tədbiri gənclərin, bərpa olunan enerji potensialının və canlı iqtisadiyyatın köməyi ilə Mərkəzi Asiyanın yaşıl və ədalətli inkişaf yolunda irəliləməsi üçün tramplin rolunu oynaya və bu yolu davam etdirmək üçün lazımi investisiyaları cəlb edə bilər".

İkigünlük forumda Mərkəzi Asiyadakı bərpa olunan enerji keçidi layihələrinə investisiya yatırımlarının təşviqi məqsədilə dünya və region üzrə maraqlı tərəflər bir araya gələcək. Forum BƏƏ-nin COP28-də əldə etdiyi konsensus nəticələrini irəlilətmək üçün bərpa olunan enerjinin inkişafını təşviq etmək və enerjiyə keçidlə əlaqəli texnologiyalara investisiyaların artırılması imkanları ilə bağlı hökumətlər, maliyyə institutları, investorlar, layihənin icraçı tərəfdaşları, layihə tərtibatçıları (developerlər) və digər əsas maraqlı tərəflər arasında geniş dialoqun təşkili üzrə platforma təmin edəcək. Burada həmçinin ikitərəfli sessiyalar üçün imkanlar və qlobal investorlara, maraqlı tərəflərə regionun bərpa olunan enerji layihələrini nümayiş etdirəcək sərgi sahəsi təqdim olunacaq.










XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30