EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

Image

Bu gün Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə energetika sahəsi üzrə ixtisaslaşmış jurnalistlər üçün seminar keçirilib.

Gununxeberi.az xəbər verir ki, seminarda jurnalistlər bu sahə ilə əlaqəli qanunvericilikdə nəzərdə tutulmuş terminlərlə, eləcə də yeni qaydalarla tanış edilib.

Seminarı giriş sözü ilə açan EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov ölkəmizdə genişmiqyaslı enerji layihələrinin həyata keçirildiyini bildirib. O, dünyada ənənəvi enerji resurslarının bərpaolunan enerji resursları ilə əvəzlənməsi prosesinin müasir dövrün əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini qeyd edən sədr bu ilin noyabr ayında Azərbaycanın vacib qlobal tədbirə - COP29-a ev sahibliyi edəcəyini xatırladaraq Azərbaycanın təbliğində, aparılan islahatların həm ölkə, həm də beynəlxalq ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin əhəmiyyətli rolunun olduğunu deyib.

MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli isə bildirib ki, qurum sahəvi jurnalistikanın inkişafının stimullaşdırılması məqsədilə müxtəlif qurumlarla əməkdaşlıqda bir sıra təlimlər, seminarlar və digər formatda tədbirlər təşkil edir. O, EMTA-nın bu istiqamətdə MEDİA ilə əməkdaşlığını və sözügedən seminarın təşkilini ümumilikdə energetika sahəsi üzrə ixtisaslaşan jurnalistlərin peşəkar fəaliyyətinə müsbət təsir göstərəcək addım kimi qiymətləndirib.

Seminarda EMTA-nın Enerji sahəsində liberallaşdırma və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Elmar Güləliyev və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Bərpaolunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdiri Fəqan Abdurəhmanov “Elektroenergetika sektoruna baxış və “yaşıl enerji”yə keçid”, EMTA-nın Enerji tənzimləmə və monitorinq departamentinin direktoru Pərviz Əliyev isə “Tikinti obyektlərinin elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması” mövzusunda təqdimatlarla çıxış ediblər.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb, maraq doğuran məsələlər ətrafında geniş müzakirə aparılıb.








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30