Milli Kitabxanada “Akademik Nizami Cəfərov-65” adlı elektron məlumat bazası və “Akademik Nizami Cəfərov” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub-Fotolar

Image

Milli Kitabxanada “Akademik Nizami Cəfərov-65” adlı elektron məlumat bazası və “Akademik Nizami Cəfərov” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Bu gün Azərbaycanda Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi,  akademik Nizami Cəfərovun doğum günüdür.

Nizami Qulu oğlu Cəfərov 1959-cu il 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 

Akademik Nizami Cəfərov Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı tədqiqatların müəllifidir. 

Akademik ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxcildlik elmi salnaməsini yaradıb. Onun  hazırlayıb çap etdirdiyi dördcildlik "Türk xalqları ədəbiyyatı" geniş mənada türkologiya elminə sanballı xidmətdir. 

Nizami Cəfərovun müxtəlif illərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin Əfəndiyev, İsa Muğanna, Nəriman Həsənzadə, Gülhüseyn Hüseynoğlu, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Afaq Məsud və başqaları haqqında yazdığı çoxsaylı kitablar və məqalələr yüksək səviyyəli professional ədəbiyyatşünaslıq əsərləridir. O, eyni zamanda, orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili ilə yanaşı, ədəbiyyat üzrə də dərsliklərin müəllifidir.

Azərbaycançılıq ideologiyasının və Azərbaycanşünaslıq təliminin əsas tədqiqatçılarından biri Akademik Nizami Cəfərov  "Azərbaycanşünaslığın əsasları"nın yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir elm xadimidir. Müxtəlif illərdə çap edilmiş "Azərbaycan mədəniyyəti məsələləri", "Azərbaycanşünaslığa giriş", "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları", "Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət", "Azərbaycanşünaslıq məsələləri", "Heydər Əliyev və Azərbaycan", "Azərbaycanşünaslığın əsasları", "Atatürkün Azərbaycan siyasəti", "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı", mühazirələri əsasında nəşr olunmuş "Azərbaycanşünaslıq mühazirələri" və s. kitabları Azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır.

Akademik Nizami Cəfərov elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

20 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib

Milli Kitabxanada akademik Nizami Cəfərovun yubileyi ilə əlaqədar “Akademik Nizami Cəfərov-65” adlı elektron məlumat bazası və “Akademik Nizami Cəfərov” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”,“Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri” “Görkəmli şəxslər Nizami Cəfərov haqqında”, “Nizami Cəfərov görkəmli şəxsiyyətlər və qələm dostları haqqında, yaxud klassiklərdən müasirlərə”, “Nizami Cəfərovun “Ədəbiyyat söhbətləri”, “Əsərləri”, “Haqqında”, “Dünya və Universitet Kitabxanalarında”, “Filmoqrafiyası”, “Fotoqalereya”, və s. özündə əks etdirən materiallar nümayiş olunur. Elektron məlumat bazasında təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər  http://anl.az/el/emb/C.Nizami/index.html   linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları,  tərtibçi, ön söz, məsləhətçi, rəyçi və redaktə etdiyi kitablar, akademikin zəngin elmi yaradıcılığından, dilçilik və ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.


Gununxeberı.az 








XƏBƏR LENTİ

21.09.2024 | 13:40
Ordumuzun irəli getməsi xalqlmız tərəfindən böyük rəğbətlə qarşılandı

21.09.2024 | 13:37
Hüseyn Əliyev: “Ölkə başçımızın Qarabağ Universitetinə ziyarəti tarixi əhəmiyyətə malikdir”

21.09.2024 | 13:35
Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma"nı təsdiq etdi

21.09.2024 | 13:33
Zehinlərdə silinməz iz qoyan görüş

21.09.2024 | 13:30
Ərdoğanın vəzifəsini bu şəxs icra edəcək

21.09.2024 | 13:17
Qarabağ Universiteti bölgənin inkişafına böyük təkan verəcək

21.09.2024 | 13:08
Xəzərdə 300 min manatlıq qaçaqmal aşkarlandı

21.09.2024 | 13:02
Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb-Fotolar

21.09.2024 | 12:35
Aqiyə Naxçıvanlı: “Qarabağ Universiteti Azərbaycan xalqına möhtəşəm hədiyyədir”

21.09.2024 | 12:29
Azərbaycan nefti cüzi ucuzlaşdı

21.09.2024 | 12:28
Prezident maltalı həmkarını təbrik etdi

21.09.2024 | 12:23
Rusiyalı nümayəndələr MN-nin Hərbi Polis İdarəsini ziyarət ediblər - VİDEO

21.09.2024 | 12:13
Milli Kitabxanada “Akademik Nizami Cəfərov-65” adlı elektron məlumat bazası və “Akademik Nizami Cəfərov” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub-Fotolar

21.09.2024 | 11:25
Rusiyanın silah anbarının partladılma anı - Video

21.09.2024 | 11:17
Milli Kitabxanada “21 Sentyabr - Beynəlxalq Sülh Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub-Fotolar

21.09.2024 | 10:30
İnsanlığın akademiki

21.09.2024 | 10:26
AYB-dən Elza Seyidcahana xəbərdarlıq

21.09.2024 | 10:24
Sumqayıt-Bakı elektrik qatarında NƏ BAŞ VERİR?

21.09.2024 | 10:21
"Neftçi"nin nəticələri məni də məyus edir" - Qurban Qurbanov

21.09.2024 | 10:18
Şuşanın Bayraq Meydanında Zəfər muzeyi tikiləcək

21.09.2024 | 10:13
Xətai rayonunda su kəsiləcək

21.09.2024 | 10:00
Səhnədə halı pisləşən müğənni vəfat etdi

21.09.2024 | 09:36
Xankəndidə ilk TOY - Tanınmış jurnalistin oğlu bu gün evlənir - Eksklüziv FOTOLAR

21.09.2024 | 09:34
Azərbaycanda zəlzələ baş verib 13

21.09.2024 | 09:33
Həmkəndlisinin evindən oğurluq edən Oğuz sakini saxlanıldı

21.09.2024 | 09:30
Bu gün Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin təsdiqlənməsinə baxacaq

21.09.2024 | 00:26
Futzal millimiz ikinci oyunda da məğlub OLDU

21.09.2024 | 00:05
Oxuculara Dövlət Suverenliyi Gününə həsr olunmuş məqalə təqdim olundu

20.09.2024 | 23:17
"Bu, bizi qürurlandırır" - Şahin Bayramov

20.09.2024 | 23:11
Prezidentin bugünkü çıxışının tam - Videosu

20.09.2024 | 22:23
"Bizdən olan xarici dairələrə satılmışlar ermənilərlə cici-bacılıq edirdilər" - İlham Əliyev

20.09.2024 | 22:18
İlham Əliyev onları təltif etdi

20.09.2024 | 18:42
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 20 sentyabr Dövlət Suverenliyi Günü qeyd edilib

20.09.2024 | 18:05
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb-Fotolar

20.09.2024 | 17:00
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

20.09.2024 | 16:45
Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SİYAHI

20.09.2024 | 16:40
Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

20.09.2024 | 16:00
Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

20.09.2024 | 15:45
Türkiyədə xarici işlər nazirlərinin "3+3" formatında görüşü hazırlanır – Zaxarova

20.09.2024 | 14:52
"Taliban" hökumətinin diplomatı İran XİN-ə çağırılıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30