Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 20 sentyabr Dövlət Suverenliyi Günü qeyd edilib
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 20 sentyabr Dövlət Suverenliyi Günü qeyd edilib.
Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İnstitutun direktoru İbrahim Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında söz açıb. Bu günün təsis edilməsi tarixi zəfərin hüquqi-siyasi qiyməti olduğunu vurğulayıb. Cəmi 23 saat 43 dəqiqəyə dövlət suverenliyi bərpa olundu. Bəlkə də, tarixdə belə bir qələbəyə kimsə nail olmayıb. İndi Qarabağ üçün canını fəda etmiş bütün qəhrəmanların ruhu şaddır. Bu qələbəni xalqımıza yaşatdılar. Elə xalqımıza da qələbə yaraşır, Zəfər yaraşır.
Daha sonra çıxış edənlər qeyd ediblər ki, 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Gununxeberi.az