Sahib Məmmədov: “Antiterror tədbirləri Qarabağ dastanının qızıl səhifəsidir”

Image


“Hazırda xalqımız tarixinin ən mühüm və qürurlu səhifələrindən birinin - ötən il 19-20 sentyabr tarixində Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində qazanılan əzəmətli Qələbənin ildönümünü sevinc və coşqu ilə qeyd edir. Bu əməliyyat qızıl hərflərlə Azərbaycanın qəhrəmanlıq salnaməsinə həkk olunmuş böyük Zəfər yolunun Xankəndi zirvəsidir. Həmin o əzəmətli zirvədən dönüb keçmişə, 21 il öncəyə baxdıqda Azərbaycan adlı dövləti amansız təlatümlərdən, xain xislətlərdən qoruyan, dərin siyasi-iqtisadi böhrandan xilas edərək yenidən quran Ulu Öndər Heydər Əliyevin xalqına o məşhur müraciəti yada düşür: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Ulu Öndərimiz, sözsüz ki, xalqının və dövlətinin taleyi ilə bağlı hər bir məsələyə məsuliyyətlə yanaşırdı. Bu müraciətdə də böyük bir məsuliyyət və dərin inam var idi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Ümummilli Liderimiz əmin idi ki, yüksək intellektli, praqmatik düşüncəli, beynəlxalq siyasəti və dünya iqtisadiyyatını dərindən bilən İlham Əliyev cənabları qarşıda duran bütün vəzifələri vaxtında və dəqiq yerinə yetirəcək: “Çünki o, Heydər Əliyev məktəbinin ən işıqlı məzunudur, dahi Liderimizdən dərs alıb və ondan qətiyyəti, iradəni, xalqına dərin məhəbbəti və Vətənə sədaqəti əxz edib. Təbii ki, Ulu Öndərimizin nəzərdə tutduğu taleyüklü məsələlər sırasında işğala məruz qalmış torpaqlarımızın azad edilməsi birinci gəlirdi. Heç də təsadüfi deyildir ki, Şuşa düşmənlərdən tam təmizlənən gün Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” demişdi. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin ilk günündən xalqımız artıq qələbə qoxusunu duymuşdu. Dövlətimizin başçısının məqsədyönlü və genişmiqyaslı fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi daha da möhkəmləndi, iqtisadiyyat dönməz inkişaf yolu tutdu, Azərbaycan kosmos ailəsinin üzvünə çevrildi, həmçinin Vətənə məhəbbət ruhunda yeni gənclik formalaşdı, güclü və yenilməz ordu quruldu. Bir sözlə, bütün yollar, atılan addımlar Qarabağa istiqamətlənmişdi. 2016-cı ildə Aprel döyüşləri və 2018-ci ildə Günnüt zəfəri böyük Qələbənin müjdələri oldu. 2020-ci ildə isə düşmənə Tovuz döyüşlərində ağır zərbə vuruldu və bundan ayılmamış dəmir yumruq başlarına endi. Cəmi 44 günə işğalçı ordu məhv edildi, sağ qalanlar isə yalnız fərarilər idi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəlik məharəti, yenilməz ordumuzun rəşadəti və yüksək döyüş ruhu, həmçinin xalqımızın sarsılmaz birliyi sayəsində möhtəşəm və bənzərsiz Qələbə ilə işğala son qoyuldu”.

“Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana sülh əlini uzatsa da, qarşı tərəf müxtəlif bəhanələrlə bundan yayınır, hətta hərbi təxribatlara əl atır, məhv edilmiş ordusunun tör-töküntülərini üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, ərazilərimizdən çıxarmırdı. Bununla yanaşı, kəşfiyyat fəaliyyətlərini genişləndirir, təmizlənmiş əraziləri yenidən minalayır, məqsədyönlü və planlı terror siyasəti həyata keçirirdi. Qarabağdakı separatizmin tullantıları isə “müstəqillik” oyununu yenidən davam etdirir, nə qədər gülünc olsa da, “prezident”lər seçir, qondarma “parlament”ləri bəyanatlar səsləndirirdi. 2023-cü il sentyabrın 19-da isə terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslərin və Daxili Qoşunların hərbi qulluqçularının şəhid olması, ordumuzun bölmələrinin atəşə tutulması və iki hərbi qulluqçunun yaralanması, həmçinin elə həmin gün Ağdam və Şuşada iki mülki şəxsin erməni terrorunun qurbanı olması səbir kasasını dolduran son damla oldu. Bütün bunlar göstərirdi ki, antiterror tədbirləri qaçılmazdır. Odur ki, yenilməz və qəhrəman ordumuz üçtərəfli bəyanatın müddəalarının təmin olunması, erməni silahlılarının zərərsizləşdirilərək torpaqlarımızdan çıxarılması, azərbaycanlı mülki işçilər və hərbçilərin təhlükəsizliyinin təmin edilməsi, eləcə də Azərbaycanın konstitusiya quruluşunun bərpa olunması məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Rəşadətli və təcrübəli əsgər və zabitlərimizə bu əməliyyatı da uğurla yekunlaşdırmaq üçün elə də çox vaxt lazım olmadı, cəmi 24 saatdan az müddətdə düşmənin dizini yerə qoydu və təslim olmağa məcbur etdi. Separatizmin başında duranlar, vaxtı ilə Azərbaycana hədə gələnlər saxlanılaraq əli qandalı Bakıya gətirildilər. Bu əməliyyat da Ali Baş Komandan cənab İlham Əliyevin ali sərkərdəlik keyfiyyətlərini, Azərbaycan Ordusunun gücünü, peşəkar səviyyəsini, qələbə əzmini bütün dünyaya göstərdi. Xalqımız həmişə olduğu kimi, bu dəfə də həmrəylik nümayiş etdirərək öz rəhbərinin ətrafında dəmir yumruğa döndü. Məhz bu vəhdət bizi növbəti parlaq Qələbəyə qovuşdurdu. Bu gün azad Xankəndidə, Şuşada, Xocalıda, Füzulidə, Laçında və digər işğaldan azad edilmiş ərazilərdə həyat yenidən qaynayır, geniş və sistemli abadlıq-quruculuq işləri aparılır. Yerli sakinlər xoşbəxt və böyük fərəh içərisində öz yurd-yuvalarına dönürlər. Gözəl Şuşamız əvvəlki kimi yenə də qonaqlı-qaralıdır, beynəlxalq və yerli tədbirlərə, konfranslara, musiqi festivallarına layiqli şəkildə evsahibliyi edir. Bu il uzun illərdən sonra Şuşada və Xocalıda ilk zəng çalındı, şəhərə köçürülən ailələrin övladları yeni tədris ilinə başladılar. Eləcə də Xankəndidəki Qarabağ Universiteti qapılarını tələbələrin üzünə açır. Bu mənzərəni seyr etdikcə yenə də Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə 2003-cü ildə xalqına etdiyi müraciəti xatırlayırıq və taleyüklü məsələni cənab İlham Əliyevin yüksək peşəkarlıqla necə həll etdiyini görürük”, - AHİK sədri bildirib.

“Hadisələrin sonrakı gedişi göstərdi ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin dəmir iradəsi və sarsılmaz qətiyyəti sayəsində başa gəlib. Əsasən münaqişədən sonra bir sıra dövlətlər, beynəlxalq təşkilatlar yenə də ikili standartlardan çıxış edərək sərsəmləməyə başladılar, mənasız, böhtan xarakterli bəyanatlar qəbul etdilər. Elə sandılar ki, guya Azərbaycanı ləkələyə, haqq işinə kölgə sala biləcək və tutduğu yoldan döndərəcəklər. Bu işdə daha çox dəridən-qabıqdan çıxan isə dünyada ədalətsiz mövqeyi və yanaşmaları ilə tanınan Fransa idi və bu gün də həmin ampluasındadır. Fransa Prezidenti Emmanuel Makron utanmadan bərbad vəziyyətdə olan daxili siyasətlərini bir kənara tullayaraq Azərbaycanın daxili işinə əl uzatmağa cəhdlər edir. Müstəmləkəçi siyasətini davam etdirən, insan haqlarını ayaqlar altına atan, koloniyalarının sərvətlərini talayan bir ölkənin boyundan hündürə tullanması, təbii ki, yersizdir və iflasa uğrayacaq.  Azərbaycan müstəqil dövlətdir, dönməz yol tutub və onun siyasətinə təsir etməyə Fransa kimi dövlətlərin gücü çatmaz. Sözsüz ki, bunu illərin təcrübəsi də sübut edir”, - Konfederasiya sədri Sahib Məmmədov fikrini tamamlayıb.

Gununxeberı.az 







XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30