Emin Abbaszadənin xatirəsi yad edilib - FOTOLAR

Image




Goranboy Rayon Qızılhacılı qəsəbə sakini, İctimai - Siyasi fəal, sabiq Mədəniyyət işçisi, Goranboyda Şəhidlərimizi tanıyaq və tanıdaq adlı layihənin rəhbəri, Mubarizciler.az xəbər portalının baş redaktoru Elçin Məhəmməd oğlu Tağıyev Tərtər rayon Kəngərli kən sakini, Azərbaycan Silahlı Qüvvələrinin Giziri, 44 günlük Vətən müharibəsinin iştrakçısı, 2023-cü il Antiterror əməliyyatları zamanı şəhid olmuş Emin Faiq oğlu Abbaszadənin valideyinlərinin ziyarət edib.

Ziyarətdə Goranboy Rayon Xanqərvənd kənd sakini Rasim Əliyev və Birinci Qarabağ Müharibəsi Şəhidi Mehman Nazarovun qardaşı Elman Nazarov iştrak edib.

İlk öncə Şəhidimizin Kəngərli kənd qəbristanlığınakı  məzarı ziyarət edilib və ruhuna dualar oxunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Şəhid Emin Abbaszadənin Ev Muzeyin ziyarət edilərək valideyinləri ilə görüş keçirilib.

Elçin Tağıyev Şəhid ailəsinə Qəhrəman Goranboylular adından dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir diləmişdir.

Şəhid atası Faiq Abbasov övladının keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq xatirələrini bölüşüb.

Şəhid anası Nərminə Abbasova övladının vətəni, bayrağı, Ali Baş Komandanını və torpağını canından artıq sevdiyini vurğulayaraq qısa və mənalı ömür yolundan söhbət açdı.

Elçin Tağıyev öz adət ənənəsinə sadiq qalaraq Şəhid Emin Abbaszadənin Ev Muzeyinə Şəhidimizin şəkli əks olunmuş " Zəfər Günü Şəhid Xatirə Tablosu" nu təqdim etdi.

Sonda Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Abbaszadə Emin Faiq oğlu 15 may 1998-ci ildə Tərtər rayon Kəngərli kəndində dünyaya gəlib.

 Kəngərli kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla başa vurub. 2019-cu ilin yanvarında evlərinə dönüb. 44 günlük Vətən müharibəsi başlayanda Emin də haqq savaşına qoşulub.

 Ordu həyatı onu elə cəlb etmişdi ki, Komando Təməl Kurslarına yazılıb, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmək istəyirdi.

Atası Faiq müəllim deyir:

2021-ci ilin iyun ayında Emini Komando Təməl Kurslarından keçmək üçün qardaş Türkiyə Respublikasına yola saldıq. İyunun 21-dən həmin ilin avqust ayının 13-dək kursda iştirak etdi. Sanki komando üçün yaranmışdı! Komandirləri ondan o qədər razılıq edirdilər ki!

Emin özü söyləyirdi ki, heç bir düşmən komando döyüşçülərinin qarşısında tab gətirə bilməz.

Bunu 2022-ci ilin 12 sentyabrında Azərbaycan-Ermənistan Dövlət Sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısının alınması əməliyyatı da göstərdi. Emin bu döyüşlərdə də Vətənin sadiq əsgəri kimi iştirak edib.

Türkiyədəki təlim kurslarından sonra Emin 17 fevral 2022-ci il tarixdən 6 may 2022-ci il tarixədək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təlimlərdə olub. Kəşfiyyat tağım komandirinin müavini idi. Cəngavər görkəmli bu oğlanı yoldaşları həm də yumşaq, təmiz ürəyinə görə sevirdilər. Kəşfiyyata gedəndə bütün təhlükəni, ağırlığı öz üzərinə götürər, əsgərləri qoruyardı.

Hətta toy edib sevgilisini evlərinə gətirəndən sonra da bu əqidədən dönmədi. “Gözlə, sevgilim, qayıdacağam”, – deyib, hərbi hissəyə yollandı. Ağdam istiqamətindən Ağdərəyə gedən yolda namərd düşmənin atdığı mərminin qəlpələri onun bu arzusunu ürəyində qoydu. Ancaq milyonlarla azərbaycanlının ümidləri, arzuları, yuxuları çin oldu, ölkəmiz öz suverenliyini tam bərpa etdi. Xalqımız bu yolda canlarını fəda etmiş, şəhidlik zirvəsinə ucalmış oğullarını heç zaman unutmayacaq.

Emin Abbaszadə 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Suqovuşanın azad olunmasına” görə medalına layiq görülüb. O, həm də “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdu.


Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Gununxeberı.az 









XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30