Antiterror əməliyyatı qələbəni tam və qəti təmin etdi
44 günlük vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra İrəvan üzərinə götürdüyü öhdəlikləri üç il vaxt keçməsinə baxmayaraq yerinə yetirmirdi. Qarabağ ərazisində qalan Ermənistan ordusunun törtöküntüləri vaxtaşırı təxribatlar törədirdilər. Bu təxribatlar nəticəsində Azərbaycan ordusunun əsgərləri, mülki vətəndaşları həlak olur və yaralanırdı. Bununla yanaşı Ermənistanın vətən müharibəsindən ötən son üç il ərzində Azərbaycan tərəfinin bütün səmimi sülh çağrışlarını cavabsız qoyması ,qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyi, gələcək revanşist iddalarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, regionda və bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni separatçılarını ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Beləliklə Azərbaycan Beynəlxalq hüquq çərçivəsində öz ərazisində antiterror əməlyatı keçirtdi. Prezident, Ali Baş Komandanımız ideal liderlik nümunəsi göstərərək öz xalqı və dövləti naminə əzimli və qətiyyətli möhkəm iradəsi nəticəsində verdiyi əmrlə ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhramanlıq göstərdilər. 19 sentiyabır 2023 – cü illdə uğurla həyata keçirilən bu antiterror tədbirlər nəticəsində Qarabağda erməni seperatizminə son qoyuldu.Antiterror tədbirləri tam və qəti qələbəni təmin etdi.
Bu növbəti qələbə ilə xalqımız bir daha tam əmin oldu ki, Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da çox sevdiyi xalqı,vətəni üçün həlli mümkünsüz görünən işləri reallaşdıracaq.
Nizami Verdiyev
YAP Laçın rayon təşkilatının 50 saylı ƏPT-nin fəal üzvü
Gununxeberı.az