Avropa İttifaqı Amerikasız da Ukraynaya 40 milyard verməyə HAZIRDIR
Avropa İttifaqı ABŞ-ın iştirakından asılı olmayaraq Ukraynaya 40 milyard avroya qədər kredit verməyə hazırdır.
Gununxeberi.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Bildirilir ki, G7-nin dondurulmuş Rusiya aktivlərindən istifadə planı uğursuzluğa düçar olduqdan sonra Aİ ilin sonuna qədər Ukraynaya 40 milyard avroya qədər vəsait ayırmağı planlaşdırır. Qəzet yazır ki, Brüssel Macarıstanın ABŞ-ın bu sxemdə iştirakı üçün lazım olan təminatları bloklayacağından ehtiyat edir.
"Biz həmişə özümüz hərəkət edə bilərik", - ittifaq rəsmisi vurğulayıb.
Məlumata görə, Təklif olunan kredit mövcud yardım proqramını genişləndirəcək, yekdilliklə deyil, Aİ ölkələrinin əksəriyyətinin dəstəyini tələb edəcək və Macarıstanın veto qoyma ehtimalını aradan qaldıracaq.
"Təkliflərin oktyabrın sonuna qədər qəbul edilməsinə təcili ehtiyac var ki, Aİ krediti gələcək ödənişlər üçün 2024-cü ilin sonuna qədər verilə bilsin", - təklifdə deyilir.
Aİ həmçinin hüquqi müəyyənlik üçün sanksiyaların 6 aydan 36 aya qədər uzadılmasını təklif edib. Budapeşt isə bu qərarı əngəlləyir, ABŞ seçkilərindən sonra bunu müzakirə etməkdə israrlıdır.