Torpaqlarımızda separatçılığa son qoyuldu
30 il həsrətində olduğumuz «Qarabağ Azərbaycandır!» şüarımıza 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki şanlı Zəfəri Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ordu quruculuğu nəticəsində ordumuzun qüdrəti barədə söylənənlərin praktik təsdiqi oldu və bir daha göstərdi ki, Azərbaycan ordusu qarşısında duran bütün vəzifələri yerinə yetirməyə qadirdir.
44 günlük Vətən müharibəsindən sonra Ermənistan 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanata əsasən Qarabağdan öz qüvvələrinin çıxarılması tələbinin əksini edərək, Azərbaycanın Qarabağ ərazisində 10 mindən artıq qanunsuz hərbi birləşmələrini saxlamaqda davam edirdi. Hələ bu azmış kimi qanunsuz Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulurdu, ərazilərimiz minalanırdı, müxtəlif təxribatlar törədilirdi. Bunları nəzərə alaraq üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi oldu. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatından sonra Azərbaycanın Qarabağ bölgəsində təcavüzkar separatizmə son qoyduq.
Kənan Quliyev
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi