Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Image


 

 

 “2020-ci ildə İkinci Qarabağ Müharibəsi başa çatanda bizim bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi”. – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.

 

Azərbaycanın 20 faizdən çox ərazisi 30 il ermənilərin işğalı altında qalmışdı. Bu illər ərzində Azərbaycan dövləti dəfələrlə öz torpaqlarını danışıq, sülh yolu ilə geri qaytarmağa cəhd göstərmişdir. Lakin Ermənistan işğal etdiyi əraziləri qaytarmaq deyil, hətta yeni ərazilər iddiasıyla durmadan Azərbaycanın digər kənd və şəhərlərini atəşə tuturdu.

ATƏT-in Minsk qrupunun, BMT-nin bəyanatlarına heç bir əhəmiyyət vermirdi işğalçı Ermənistan.

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qüdrətli Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının  bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir.

Bu, hərbi əməliyyatlar 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan bəyanatla başa çatdı. Ermənistan kapitulyasiya aktına imza atdı.

Lakin Ermənistan öz çirkin əməllərindən əl çəkməyərək, bəyanatın imzalanmağına baxmayaraq, Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər erməni quldurları Qarabağa qanunsuz daxil olub, 2021-ci ildə  Ermənistanda istehsal olunmuş minalar gətirib basdırmışlar. Bu minaların partlaması nəticəsində yüzlərlə insan həyatını itirmiş və yaxud ağır yaralanaraq ömürlük şikəst qalmışdır.

Xankəndidə yuva quran cinayətkarlar getdikcə azğınlaşaraq orada yaşayan mülki ermənilərdən belə öz çirkin əməllərində istifadə edirdilər. Müharibədən sonra da orada istehkamlar qurmuş, gizli yollarla külli miqdarda silah-sürsat, Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular gətirmişlər. Eyni zamanda 10 noyabr üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdən öz canlı qüvvələrini və texnikalarını çıxartmamışlar. 

Ermənistan dövləti kapitulyasiya aktına görə Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən qeyd şərtsiz çıxartmalı idi. Lakin hər dəfə bundan imtina edirdi.

Son hadisələrdən sonra Azərbaycan lazımı addımlar atmağa başladı. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi bir gün ərzində terrorçular cəzalandırıldılar. Azərbaycan öz suverenliyini bərpa etdi.

Yüksək səviyyədə hazırlıq görmüş peşəkar Azərbaycan hərbçiləri antiterror nəticəsində ağır relyef şəraitində, ermənilər tərəfindən neçə illərdən bəri əlverişli yerlərdə qurduqları istehkamları darmadağın etdilər. Və bu günə qədər Azərbaycan ərazilərindən çıxarılmamış Ermənistan ordusunun böyük hissəsi və hərbi texnikası məhv edildi və hərbi qənimət kimi götürüldü.

Antiterror əməliyyatı zamanı Azərbaycan zabiti, Azərbaycan əsgəri həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi.

Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi.

Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi.

Nizami Zalov

Abşeron Ağsaqqallar Şurasının sədri,

Şəhid Vidadi Zalovun atası

 








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30