Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

Image

Antiterror tədbirləri tam və qəti Qələbəni təmin etdi

       44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və  bu ərazilərdən didərgin düşmüş soydaşlarımızın doğma yerdlarına qayıdışlarına start verildi. Bu gün azad edilən ərazilərdə geniş quruculuq işləri həyata keçirilir və bu işlər günü-gündən daha geniş vüsət alır. Təəssüflər olsun ki, üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin bir hissəsi hələ də qalmaqdadır və onların mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi.

         Bir il öncə sentyabrın 19-da Müdafiə Nazirliyi kədərli bir xəbər paylaşdı - Qarabağda erməni təxribatı nəticəsində 9 hərbçimiz şəhid olmuşdu. Bu xəbər hamını sarsıtmaqla yanaşı, Qarabağda o zaman mövcud olan qanunsuz erməni hərbi və siyasi qruplaşmalarına qarşı həlledici əməliyyatın keçirilməsini labüd edirdi. 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. 

      Azərbaycan Ordusu güclü ordudur. Bunu Aprel döyüşlərində, Günnüt zəfərində, Tovuz döyüşlərində, Vətən müharibəsində, “Qisas” əməliyyatında döyüş meydanında sübut edib. Tətbiq olunan cəza tədbirləri nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəklikləri işğaldan azad olundu, çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi. Komandirlərimizin peşəkarlığı, əsgərlərimizin cəsarəti ilə 24 saatdan az bir vaxtda bütün qeyri-qanuni silahlı birləşmələrin tərk-silah olunmasına nail olduq. Bu gün Qarabağın hər bir yerində şanlı üçrəngli bayrağımız dalğalanır. Xalqımızın tarixində 19 və 20 rəqəmlərinin qəribə yaddaşı var. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edib. Yaşadığımız ən faciəvi günlərdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verib və 2023-cü ilin 19-20 sentyabrında Qarabağda həyata keçirilən antiterror tədbirləri. Əgər qeyd edilən ilk iki tarixi hadisə faciəvi məna daşıyırdısa, sonuncu bizə qələbə sevinci yaşatdı. İnanırıq ki, bununla həm də yaşadığımız faciələr dövrü sona çatmış oldu. Həmin gündən sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoydu. Bir il ərzində ölkəmizin bir çox sahələrdə əldə etdiyi uğurlar bunu deməyə imkan verir. Bu sevinci, uğur və qələbələri bizə yaşadan isə canını Vətən yolunda fəda edən şəhidlərimizdir. Bu fakt bəzi xalqların öz tarixlərini masada mürəkkəblə, bizim kimi mərd və döyüşkən xalqın isə döyüş meydanında qanla yazmasının bariz nümunəsidir. Beləliklə, 19-20 sentyabrda müstəqil Azərbaycanın yeni tarixi yeni səhifədən yazılmağa başladı.

       Arzu Rəhimova.

      Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı

      

Gununxeberı.az








XƏBƏR LENTİ

19.09.2024 | 22:15
Ağdamın Xıdırlı kəndindən FOTOLAR

19.09.2024 | 22:12
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar

19.09.2024 | 22:09
“İmarət”in azarkeş tutumu nə qədər olacaq?

19.09.2024 | 22:07
Bu da “Aghdam City Hotel” - Fotolar

19.09.2024 | 22:06
Prezidentin bir günü... - Fotolar

19.09.2024 | 19:56
Baş Prokurorluq vətəndaşın iddialarına cavab verdi

19.09.2024 | 19:55
Prezident Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış oldu

19.09.2024 | 19:53
Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunda aparılan işlərlə tanış oldu - YENİLƏNİB

19.09.2024 | 19:50
Şuşada Bayraq Meydanının açılışı oldu

19.09.2024 | 19:47
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

19.09.2024 | 19:46
Musiqimizin doğulduğu ev... - Video

19.09.2024 | 19:40
Muxtar Babayev Masahiro İmai ilə görüşdü

19.09.2024 | 18:54
Ukrayna və Rusiya Azərbaycanın vasitəçiliyinə RAZIDIR

19.09.2024 | 18:51
Yanıq xəsarətləri alan Çimnazın anası övladı üçün yardım istəyir

19.09.2024 | 18:49
İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə indiyədək görünməmiş zərbələr endirib

19.09.2024 | 18:32
Sahib Məmmədov: “Dövlətimizin güclənməsində uğurlu neft strategiyasının böyük rolu var”

19.09.2024 | 18:30
MEK oxucuları üçün videotəlimat hazırladı

19.09.2024 | 18:02
Prezident və oğlu Kəngərlidə bərpa işləri ilə tanış oldular - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 17:59
İlham Əliyev oğlu ilə birlikdə Ağdama getdi - YENİLƏNİB (FOTOLAR)

19.09.2024 | 16:53
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edildi

19.09.2024 | 16:51
Xarici KİV: Azərbaycan Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün planlı siyasət yürüdür

19.09.2024 | 16:49
EMTA və MEDİA-nın birgə əməkdaşlığı ilə jurnalistlər üçün seminar keçirilib

19.09.2024 | 16:29
Azərbaycanda məşhur taksi şirkəti cəzalandırıldı

19.09.2024 | 16:10
Prezident Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub

19.09.2024 | 15:50
Prezident İlham Əliyev Xankəndidə

19.09.2024 | 15:40
Xankəndidə “Bulud” hotelinin açılışı oldu

19.09.2024 | 15:38
Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

19.09.2024 | 15:32
“İmarət” stadionunun təməli qoyuldu

19.09.2024 | 15:29
Dini Komitənin sədri Şəhidlər məscidini ziyarət edib

19.09.2024 | 15:28
Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

19.09.2024 | 15:11
Hakan Fidan BRICS, Suriya, kibertəhlükəsizlik və soyuq müharibə BARƏDƏ

19.09.2024 | 15:07
Əcnəbu turistlərin Bakıdan sonra ən çox getdiyi üç BÖLGƏ

19.09.2024 | 14:51
Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb

19.09.2024 | 14:27
Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılır

19.09.2024 | 14:12
8 tüfəng polisə könüllü təhvil verildi

19.09.2024 | 14:02
Qayınanasının taleyini yaşayan gəlin, 40-a çata bilməyən ata-oğul

19.09.2024 | 14:01
Bakıda COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək

19.09.2024 | 14:00
Sərhədi qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanıldı

19.09.2024 | 13:59
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19.09.2024 | 13:56
Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30