"Formula 1": İlk sərbəst yürüş başa çatdı - Qaliblərin ADLARI
Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.
Gununxeberi.az xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen birinci, "Mercedes"dən Lüis Hemilton ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb.
Bu gün "Formula 1"də ikinci test yürüşü, "Formula 2"də isə sıralama turu gerçəkləşəcək.