Azərbaycan Qran-prisi: "Formula 2" pilotu qəza törədib
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.
"MP Motorsport" komandasının pilotu Oliver Götenin idarə etdiyi bolid səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb. Avtomobil trasdan çıxarılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.(report)